BDU rektorunun müşaviri işdən çıxarıldı

15 mart 2019
BDU rektorunun müşaviri işdən çıxarıldıBakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

Savash.org Report-a istinadən bildirir ki, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olmuş akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı, universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində çalışır.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook