Qarabağ Komitəsi Bakı İcra Hakimiyyətini məhkəməyə verib - 50 minlik tələb

15 mart 2019
Qarabağ Komitəsi Bakı İcra Hakimiyyətini məhkəməyə verib - 50 minlik tələbQarabağ Komitəsi Bakı şəhər icra hakimiyyətindən mənəvi zərərə görə 50 min manat kompensasiya tələb edib.

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Qarabağ Komitəsinin Bakı şəhər icra hakimiyyətinə qarşı iddiasına baxılıb.

Miminat Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmədə 16 fevral mitinqi üçün müraciət edən bir qrup Qarabağ Komitəsi üzvünün Bakı şəhər İcra hakimiyətinin "Erməni işğalına son”, "Qarabağa azadlıq” şüarları ilə planlaşdırılan mitinqin qadağan edilməsi qərarından şikayətinə baxılıb.

İddiada Bakı şəhər icra hakimiyyətinin qərarının qanunsuz və əsassız sayılaraq ləğv edilməsi, sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması faktının məhkəmə qərarı şəklində qeydə alınması və mənəvi zərərə görə AR Silahlı Qüvvələrinə yardım Fonduna və şəhid ailələrinin hesabına köçürülməsi şərtilə 50 min manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması tələb edilib.

Məhkəmə prosesində iddianı Pənah Hüseyn və Əvəz Zeynallı müdafiə ediblər. Bakı şəhər icra hakimiyyətinin Fuad adlı nümayəndəsi çıxış edib. Pənah Hüseynin, Əvəz Zeynallının çıxışlarından sonra Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi çıxış edib və ona suallar ünvanlanıb.

Məhkəmə baxışı 27 mart 2019-cu il, saat 09.00-da davam etdiriləcək.

Xural.com
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook