“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı

15 mart 2019
“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladıTəhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”, intellektual bilik yarışlarını dəstəkləməyə davam edir.

Şirkətdən Savash.org-a verilən məlumata görə, artıq bir neçə ildir ki, mobil operatorun baş sponsorluq etdiyi "Breyn Rinq” yarışlarının növbəti – on üçüncü mövsümü başlayıb. Yeni mövsümdə komandalar yarışın baş sponsoru olan "Nar” tərəfindən təsis edilmiş "Nar” kuboku uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Breyn Rinq” bilik yarışlarında respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Mart ayının 10-dan başlayanyarış iyun ayınadək davam edəcək. Beləliklə, "Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə"Breyn Rinq”yayımlanan zamanxüsusi müsabiqə də keçirilir. Belə ki, verilişin yayımı zamanı "Nar”-ın "Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. "Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də "Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Qeyd edək ki, "Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook