Ramiz Zeynalovdan qurtuluş yolu: DYP bəlasına qarşı "gürcü resepti"

16 mart 2019
Ramiz Zeynalovdan qurtuluş yolu: DYP bəlasına qarşı "gürcü resepti"Prezident seçkilərdən dərhal sonra hakimiyyət üçün “axilles dabanı” sayılan sosial sektorlarda dəyişikliklərə getdi. O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi.

Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi.
Hakimiyyət rəhbərliyi və texnoloqlar təhlil edirdilər ki, hansı sahələr “zəif bənd”dir, örtülü qazanın ağzını açmaqla qaynar nöqtələrin buxarını necə çıxarmaq olar. Beləliklə, bu siyasi strategiyaya əsaslanaraq vətəndaşların ən çox narazılıq elədiyi, şikayətlər göndərdiyi, məmur-vətəndaş təmasının tez-tez olduğu sahələrdə islahatlara başlandı.

Onlar hansılar idi: Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti... Çünki elə gün, həftə olmurdu bu nazirliklərdən prezidentə və mətbuata şikayətlər gəlməsin. Fermerlər, əkinçilər, subsidiya problemi olanlar KTN-dəki qanunsuzluqlardan, aztəminatlı ailələr, pensiyaçılar, sosial müavinət ala bilməyənlər, əlillik dərəcəsi almaq üçün rüşvət tələbi ilə üz-üzə qalanlar, müharibə veteranları və s. zümrələr ƏƏSMN rəhbərliyinin idarəçiliyindən cana doymuşdular. Yaşıllıqların məhv edilməsi, meşə torpaqlarının satılması, məmurların yaşıl qətliamına göz yumulması, amma adi vətəndaş evinin qabağında bir söyüd kəsəndə cərimələnməsi kimi hallar ETSN-dən kütləvi şikayətlərə səbəb olurdu.

Sonuncu isə DMX-də baş verən rüşvətxorluq halları, vətəndaşların, iş adamlarının, turistlərin incidilməsi hallarıdır ki, bununla bağlı prezident və PA rəhbəri də dilə gəldi. Ramiz Mehdiyev açıq şəkildə bəyan etdi ki, DMX-də rüşvətə son qoyulmalıdır. Kəsəsi, ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklərə getməli oldu. Və bu siyasətin yol polis sistemində də davam etdirilməsinə zərurət yaranıb. Azərbaycanda vətəndaş-məmur ünsiyyətinin ən çox olduğu sahələrdən biri də Yol Polis Xidmətidir.
Sürücülərin yollarda əsassız saxlanması, yeri gəldi-gəlmədi sənədlərin tələb olunması halları artıq yol polisində dəyişiklikləri labüd edir.
Məsələn, feysbukda yayılan videoların birindən nümunə gətirmək olar. YPX əməkdaşı sərnişinin təhlükəsizlik kəməri taxmadığını bildirir və cərimə yazmaq istəyir. Sürücü bu faktı təsdiqləyən görüntünü tələb edir.

Az sonra qanuni tələbini irəli sürdüyünü görən yol polisi geri qayıdaraq “çıxın gedin, mübahisə olmasın” deyərək yola salır. Yəni, həmin video görüntü yoxdur və pul qoparmaq üçün əsassız saxlayıb. Təkcə bu neqativ hallar deyil; “MERO”larda bazar açılıb, sürücülük vəsiqəsi 1000-1200 manatdan satılır, sürücünün məlumatı olmadan sistemə vurulan cəriməyə görə faizlə ödəyənlər, maşını cərimə meydançasına salınanlar var.
Sürücü olan şəxs şossedə maşın sürərkən və hər hansı bir yerdə DYP işçisi onu saxlayaraq maşınını cərimə meydanına aparmaqla hədələyir.
Adicə maşını qeydiyyata salmaq və ya texniki baxışdan keçitmək istəyirəsn sənə isə elan edirlər ki, sənin cərimən var.

Bir sözlə, Baş Dövlət Yol Polisi ölkədə yol polisi-vətəndaş səngərinin açılmasına səbəb olublar. Bu gün Post Patrul Xidməti, Çevik Polis Alayı, Mühafizə polisi sektorlarında yuxarıdakı problemlər yoxdur. Daxili İşlər naziri Ramil Usubov müasir standarlara uyğun çevik, mədəni polis sistemi təkmilləşdirib. Vaxtilə PPX, ÇPA-da olan neqativ hallara son qoyulub. Bu gün prezidentin R.Usubova etimad göstərməsinin səbəbi də məhz idarəçilikdə islahatlar aparmasıdır.

KTN, DMX, ƏƏSMN-də vətəndaş-məmur qarşıdurması DİN sistemində yoxdur və R.Usubov bu fəaliyyəti ilə vətəndaş-polis dostluğu yaradıb.
Əfsuslar olsun ki, eyni sözləri yol polisi xidməti haqda söyləmək çətindir. Sanki R.Zeynalov və V.Nuriyev R.Usubovun fəaliyyətinə kölgə salmaq, prezidentin yanında etimadını itirmək üçün çırmanıblar. Və vəziyyəti o həddə çatdırmaq istəyirlər ki, prezidentin səbri daşsın, müşavirələrin birində gömrükdə, miqrasiyada, ekologiyadakı mənfi hallar haqda danışdığı kimi yol polisindəki bərbad idarəçiliyi də sərt tənqid etsin.
Əslində, bu günün tələb və zərurəti DYP sistemində Qərb standartlarına və modelinə uyğun iş qurulmasıdır.

Məsələn, qonşu Gürcüstan bu idarəçilik metodunu çoxdan tətbiq edib. Gürcüstana yolu düşənlər də təsdiqləyər ki, qonşu ölkədə Amerika yol polisin modelindən nümunə götürülərək şerif sistemi yaradılıb. Ümumiyyətlə, yol polis maşınlarının sayı azı 10 dəfə azaldılıb. Gürcü yol polisləri nadir hallarda sürücünü saxlayıb cərimə yazırlar. Bundan əlavə, etibarnamə ilə avtomobil idarə etmək qaydası ləğv olunub, radarlara barmaqla sayılacaq qədər rast gəlinir.

Qırmızı körpüdən Tiflisə qədər 27 kilometrlik yolda bir radar quraşdırılmayıb. Bizdə isə addımbaşı radarlar yerləşdirilib. Gürcü şerifi onun yanından sürətlə ötüb keçən sürücünü əsassız yerə saxlamır. Yalnız içkili və təhlükəsizlik kəməri taxmayan sürücülər bağışlanmır. Avtomobili olan oxucular Gürcüstana gedibsə, təsdiqləyərlər ki, orada insan yol polisi olduğunu belə hiss etmir. Bizdə isə Bakının hər tinində, addımbaşında DYP əməkdaşları dolaşır. Radalar var, təhlükəsizlik kameraları quraşdırılıb, bəs bu qədər yol polisinə nə etiyac var?

DYP əməkdaşı görən sürücülərsə artıq fobiya yaranıb ki, onun arxasınca düşünüb sürürlər, yanından keçsələr hansısa bəhanə ilə saxlayacaq.
Bu baxımdan Azərbaycanda DYP sisteminin demontaj edilərək islahatlar aparılması, şerif modelinin tətbiqinə ciddi zərurət var. Artıq cəmiyyətdən gələn bir sosial sifarişdir. R.Usubovun reputasiyasına və iş prinsiplərinə tamamilə zidd olan, vətəndaş-polis münasibətlərini korlayan, onu başqa istiqamətə yönəldən bu idarəçilik R.Zeynalovun “əməyi”dir.
İndi gürcü şerifinə baxın, R.Zeynalovun yol polisinə baxın...

Anaxeber.Az
Turan
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook