Emin Millidən sensasion bəyanat: "İlham Əliyevə təşəkkür edirəm"

17 mart 2019
Emin Millidən sensasion bəyanat: "İlham Əliyevə təşəkkür edirəm"
Tanınmış bloqer, müxalifət fəalı, "Meydan Tv"nin direktoru, keçmiş siyasi məhbus Emin Milli Prezident İlham Əliyevə dünənki əfv sərəncamına görə təşəkkür edib.

Savash.org bildirir ki, bu barədə o, öz “feysbuk” səhifəsində yazıb.

“İlham Əliyevə bu gün xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir”, - deyə E.Milli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 127 siyasi məhbus var və bütün dünya onların günahsız olduğunu bilir.

"Hesab edirəm ki, bəzilərinin azad edilməsi zəifliyin təzahürü deyil, real siyasi gücün və özünə əminliyin nümayişdir. 100-150 nəfərin həbsi ilə hakimiyyəti nə almaq, nə də onu itirmək olar. Mən İlham Əliyevi bu siyasi xətti davam etdirməyə və Azərbaycanı tədricən real islahatlara aparmağa çağırıram", - o vurğulayıb.

Bloqer həmçinin bildirib: “Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı müsahibə alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.

İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm”.

Qeyd edək ki, bundan dərhal sonra “Feysbuk”da müxalifətin radikal hissəsi tərəfindən Emin Milliyə qarşı tənqid dalğası başlayıb. Radikallar E.Millinin həqiqi və xoş niyyətini anlamayıblar və onu xəyanətdə ittiham ediblər.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook