“Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19 mart 2019
“Bu il çempion “Neftçi” olacaq” – Ramin MusayevPeşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişində bir sıra maraqlı fikirlər bildirib.

Qol.az-ın xəbərinə görə, o, bu il “Neftçi”nin Azərbaycan çempionu olacağını söyləyib.

“Mən hələ 2018-ci ilin oktyabr ayında demişəm ki, bu mövsüm çempion “Neftçi” olacaq. Mən bunu danmıram və deməyə də çəkinmirəm. Vəzifəm var deyə bir komandanı sevməli deyiləm? Mən “Neftçi”ni sevdiyimi gizlətməmişəm. “Neftçi” kimindi? Hamımızın”.

PFL prezidenti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun millidən ayrıldıqdan sonra AFFA İcraiyyə Komitəsindən istefa verməməsinə də toxunub. O qeyd edib ki, bununla bağlı Q.Qurbanova kimsə heç nə deməyib, o özü belə qərar verib. PFL prezidenti qeyd edib ki, “Qarabağ”ın çalışdırıcısının İcraiyyə Komitəsində olması yaxşı haldır: “AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclaslarında birinci Qurban Qurbanovun fikrini soruşur”.

Ramin Musayev Qurban Qurbanovun millidən istefaya göndərilməsi haqda danışarkən isə deyib ki, onu heç kim zorla istefaya göndərməyib: “O özü də getmək istəyirdi. Bu gün “Qarabağ”ın oyunundan tam razısınızmı? Xeyr. Deməli, onun göndərilməsi düzgün iş olub. O, iki işdə işləməklə çatdıra bilmirdi”.

Verilişin aparıcısı Sənan Abdullayevin “İcraiyyə Komitəsi üzvlərinin hamısının iki işi var” replikasını PFL prezidenti belə cavablandırıb:

“Onlar gəlib bir saat iclasda oturub çıxıb gedirlər. Biri də var ki, iki komandada çalışmaq. Bu, təkbaşına şahmat oynamaq kimi bir şeydir”.

PFL prezidenti AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətlərinin olmaması haqda iddiaları növbəti dəfə təkzib edib: “Mən həmişə səmimi danışmışam. Həyatda çəkinəcəyim və itirəcəyim bir şey yoxdur. Vallah-billah, mənimlə o insan arasında indiyədək mikrob qədər bir narazılıq olmayıb. And olsun Allaha! Verilişdən sonra istəsəniz, onun özünə zəng vurum, nəsə xahiş edim. Deyəcək, baş üstə!”

PFL prezidenti AFFA-nın baş katibi ilə düşmənçiliyinin olmadığını, əksinə dost olduqlarını söyləyib: “Biz niyə düşmən olmalıyıq ki?”
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook