HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20 mart 2019
HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz  gedişiOnun bu hərəkəti Rusiya prezidenti Boris Yeltsinin öz vəzifəsindən gedişini xatırlatdı. 19 il 3 ay öncə Boris Yeltsin də ruslar üçün əziz bir gündə, Yeni il axşamında Rusiya prezidenti postundan istefa vermişdi. Gözlənilmədən.

Qazaxıstan birinci prezidenti Nursultan Nazarbayev də eyni addımı qazaxlar, eləcə də bütün türk dünyası üçün əlamətdar olan bir gündə – Novruz bayramından bir gün öncə atdı. Yenə də gözlənilmədən.

Fəqət bu iki addım arasında ən ümdə fərq odur ki, Yeltsin batmaqda olan, problemlər məngənəsində çırpınan, mafiyaların, separatçı rejimlərin əlində əsir-yesir qalmış Rusiyanın baş postunu tərk etmiş, onu cavan, qətiyyətli, enerjili bir liderə vermişdi ki, məhz o, Rusiyanı xilas etsin.
Qazaxıstan isə Nazarbayevin rəhbərliyi altında gündən-günə güclənməkdə, çiçəklənməkdədir, ölkədə o elə bir ciddi problem, dərin iqtisadi böhran yoxdur ki, onun gedişini zəruri etsin. Bu ölkə Avropaya inteqrasiya yolunda ciddi addımlar atır, qonşuları ilə “sıfır problem” rejimindədir.

Bununla belə, Nursultan Nazarbayev hakimiyyəti özündən daha gənc və enerjili bir liderə ötürür. O, hələlik Yeltsin kimi etməyib, mümkün vəliəhdinin, varisinin adını çəkməyib.

Nazarbayevin rəsmi bioqrafiyası

HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz  gedişiNursultan Abış oğlu Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda Almatı ətrafında doğulub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, “Kazmetalurqstroy” trestində fəhlə işləyib.

1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur.

1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub.

1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali Sovetinin sədri seçilib.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının prezidenti seçilib.
1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının prezidenti seçilib.

29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə yenidən prezident seçilib.

4 dekabr 2005-ci ildə seçkilərdə təkrar prezident olub.

Dinmühəmməd Kunayevin varisi

HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz  gedişiRəsmi tərcümeyi halından göründüyü kimi, Nazarbayev 1984-89-cu illərdə Qazaxıstanın baş naziri olub. Bunun ilk iki ili Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsini tutan Dinmühəmməd Kunayevin, son üç ili isə eyni vəzifəd çalışan Gennadi Kolbinin vaxtına düşür.

Əslində 1985-ci ildə Kremldə baş verən hakimiyyət dəyişikliyindən sonra Mixail Qorbaçovun SSRİ rəhbəri olmasıyla Qazaxıstandakı birinci şəxsin dəyişdiirilməsi məsələsi gündəmə gələndə (Qorbaçov vaxtilə şəxsinə qarşı saymazlıq edən Kunayevdən yaxasını tezliklə qurtarmaq istəyib), Nazarbayevin Qazaxıstan KP MK-nın birinci katibi olacağı düşünülürmüş.

Ancaq bundan daha öncələr gənc Nazarbayevin onun varisi olacağını gizlətməyən Kunayev bu dəfə onun birinci katib olmasına qarşı çıxıb. Nəticədə bu vəzifəyə rus millətinin nümayəndəsi Gennadi Kolbin gəlib və buna görə Qazaxıstanda ciddi etiraz dalğası kükrəyib, sovet ordusu o vaxtkı paytaxt Alma-atada (indiki Almatı) qırğın törədib.

Bəlkə də bu, heç Kunayevin iradəsi ilə olmayıb. Kremldə belə məsləhət biliblər və Kunayevi şərt qarşısında qoyublar ki, Nazarbayevin qarşısını onun əliylə, diliylə alsınlar. Hər halda Nazarbayevin hakimiyyətə gəldikdən sonrakı addımları göstərir ki, o, sələfinə qarşı kin saxlamayıb (Hazırda Almatıda və Astanada Kunayevin adına prospekt və küçələr, elm və tədris mərkəzləri və s. ictimai obyektlər var).

SSRİ-nin yerində MDB quran adam

Nazarbayev Qorbaçov erasında SSRİ-nin ən ağıllı və nüfuzlu liderlərindən biri kimi tanınırdı. Onun idarə etdiyi respublika ərazisinə görə SSRİ-inin ikinci böyük ölkəsi idi (hazırda Qazaxıstan ərazisinə görə dünyada 9-cudur). Kremldə onu sayır, böyük hörmət qoyurdular.

Hətta SSRİ dağlanda, Ukraynanın, Belarusun və Rusiyanın yeni liderləri Belovej meşəsində Sovet İttifaqının tabutuna mıx çalanda məhz Nazarbayev onlara zəng vurmuş və hamısını qınamış, “bu boyda hadisədən niyə mənim xəbərim yoxdur” deyə onları asan cavab verilməsi mümkün olmayan sual qarşısında qoymuşdu.

Əslində sonradan SSRİ-nin xarabazarlığı üzərində Müstəqil Dövlətlər Birliyi (MDB) adlı dövlətlərüstü qurumun yaradılmasının müəlliflərindən biri, bəlkə də birincisi Nazarbayev idi. O, anlayırdı ki, müttəfiq respublikaların bir həftənin içində müstəqil olmasıyla 70 il boyunca hörülmüş iqtisadi bağlılıqlara son verilməsi postsovet məkanında böyük böhrana səbəb ola bilər.

Nazarbayev müstəqil Qazaxıstanın qurucusu kimi

HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz  gedişiSSRİ dağılandan sonra Nazarbayev Qazaxıstanın, demək olar ki, sıfırdan başlayaraq qurmalı oldu. Qazaxıstan beynəlmiləl ölkəydi, bir çox xalqların təmsilçisi yaşayır. Onların arasında hər hansı bir etnik ayrı-seçkilik Özbəkistandakı, Qırğızıstandakı kimi partlayışa səbəb ola bilərdi. Nazarbayevin yeritdiyi mötədil siyasət Qazaxıstanda yaşayan xalqların hamısını qane edir.

Bundan başqa, məhz Nazarbayevin iradəsi ilə etnik qazaxların ölkənin digər bölgələrində təmərküzləşməsi siyasəti aparıldı. Bir çox şəhərlərdə yerli əhali tamamilə ruslardan ibarət idi. Nazarbayev həmin çşəhərlərdə qazaxların da məskunlaşmasının qayğısına qaldı. Bu sırada keçmiş Akmolinsk şəhərinin ölkənin yeni paytaxtı seçilməsi təşəbbüsü də vardı. Tezliklə qərar qəbul olundu və ölkənin paytaxtı Almatıdan Astana adlandırılan və yenidən tikilən şəhərə daşındı. İndi Astana tamamilə müasir, səliqəli bir şəhərdir, əhalisi 1 milyon civarındadır. Bu şəhər məhz Nazarbayevin şah əsəridir.

Ötən əsrin 90-cı illərinin ortasında Nazarbayevin bu niyyətindən xəbər tutan Rusiya prezidenti Boris Yeltsin ona zəng edərək deyib: “Paytaxtı Almatıdan Astanaya köçürməyə nə gərək vardı? Bu niyə vacib oldu?”

O zaman Nazarbayev Yeltsinin sözünə belə bir zarafatyana cavab verib: “Bu ona görə vacib oldu ki, mən indi Moskvaya iki saat daha tez uçub çatacağam”.

Qazaxıstanın inkişaf perspektivi – Qərbə inteqrasiya

Bu sətirlərin müəllifi son 3 ildə üç dəfə Qazaxıstanda olub və bu ölkədə haqqında kifayət qədər geniş məlumat toplayıb.
Qazaxıstan Avropa ölkəsi olmağa can atan ölkədir. Nazarbayev qazaxlara əsl inkişafın Qərbə, Avropaya inteqrasiyadan asılı olduğunu təlqin edib. Ona görə də Qazaxıstan Avropa təhsilinə önəm verir, hər il minlərlə gənc qazax dövlət hesabına Avropanın ən yaxşı universitetlərində təhsil alır, gənc mütəxəssis kimi ölkəyə qayıdır, yaxşı işlərlə təmin olunurlar. Nazarbayev onları gələcək Qazaxıstanın qurucuları kimi təqdim edir.

Özünü türk oğlu sayan beynəlmiləlçi

HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz  gedişiNursultan Nazarbayev təbiəti etibarilə millətçi deyil. O, sovet beynəlmiləlçiyi tərbiyəsi alıb, başqa millətlərə xor baxmır. Ancaq o, özünün və xalqının türk soyundan gələn qazax, əski qıpçaqlar nəslindən olduğunun fərqindədir. Ona görə də xüsusilə də son illərdə Nazarbayev öz türk kimliyini aşırı şəkildə olmasa da, xəfifcə qabardır. Bir neçə ay öncə onun yazdığı “Böyük Çölün yeddi özəlliyi” əsəri bunun sübutuydu. Nazarbayev öz xalqının gələcəyini milli özünüdərkdə, türk dünyası ilə isti münasibətlərin bərqərar olunmasında görür.

Qıpçaq bəyinin sultan nəvəsi bu istiqamətdə kifayət qədər qətiyyətlidir. Onun “Böyük Çölün yeddi özəlliyi” əsəri isə əslində gələcək nəsillər üçün yazıb qoyduğu vəsiyyətnaməsidir. Gənc qazaxlar məhz bu əsərə istinadən öz gələcək yollarını müəyyən edəcəklər.

Bəs Nazarbayevdən sonra hakimiyyətdə kim olacaq?

Bu sualın artıq elə bir ciddi əhəmiyyəti yoxdur. Nazarbayev kimi hakimiyyət ustası prezident postundan istefa veribsə, demək, bir bildiyi var, hakimiyyətin kimin və ya kimlərin əlin keçəcəyinə dair öz təxmininə, ssenarisinə malkdir. O bilir ki, bu adam hər kim olacaqsa, qazax oğlu olacaq və heç də ekstravaqant, avantürist biri olmayacaq, dövləti öncədən tərtib olunmuş plan üzrə idarə edəcək.

Qeyd edim ki, Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva hazırda baş nazirin müavinidir, ölkəsinin birinci xanımı statusundadır, amma o, atasının siyasi varisi deyil. Hər halda indilikdə adı çəkilmir. Əslində Dariqa Nazarbayeva kifayət qədər təcrübəli, hazırlıqlı, ana dili də daxil olmaq üç dildə sərbəst danışan, təmkinli, ağıllı bir siyas xadimdir. Prinsipcə, o, Qazaxstanı atasından sonra idarə edə bilər. Ancaq belə görünür ki, Nazarbayev belə bir plana malik deyil. O, bu işləri xalqın seçiminə buraxmış kimi görünür.

Qazax liderin istefasının önəmi

Nazarbayevin məlum istefası göstərdi ki, o, hakimiyyət məsələsinə bir çox yaşıdları, müasirləri kimi yanaşmır. O, hakimiyyətdən könüllü əl çəkən ikinci sovet lideridir. Nazarbayev bu addımıyla hakimiyyətin daha gənc bir liderə dövr etməyin heç də təhlükəli olmadığını nümayiş etdirir. Sadəcə, dinc hakimiyyət dəyişikliyinin baş tutması üçün uyğun müstəvi və mexanizm hazırlamaq lazımdır. Nazarbayev bu müstəvini illərdir ki, hazırlayırdı. Belə görünür ki, artıq proses başa çatıb. Onun yerinə gələn şəxs çoxdan Elbaşı titulu qazanmış sələfi ilə hörmət-izzətlə davranmalı olacaq. Çünki Nazarbayev vəzifəsindən xalqını bezdirmiş, cana doydurmuş lider kimi y0x, hələ də xalqın sevimlisi olan bir lider kimi gedir.

Qazax xalqı onu daima yaxşı rəhbər kimi xatırlayacaq – bax, bunu əminliklə söyləmək olar(musavat/com).
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook