Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20 mart 2019
Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdiVergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətdə audit yoxlamaları həyata keçirilib.

Savash.org demokrat.az-a istinadən xəbər verir ki, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib.

Yəni, “Veysəloğlu” Şirkətlər Qrupu məhsullarını satış məqsədilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub.

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna iki milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook