Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - FOTO

25 mart 2019
Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - FOTOLənkəran rayon icra başçısının oğlanları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Beləki yayılan məlumatlara görə Taleh Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.

AzFakt.com xəbər verir ki, icra başçısının "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, tender yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.

Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq oteli istifadəyə verildi - FOTOQeyd edək ki, mətbuatda Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib. AzFakt.com-a daxil olan məlumata görə, Lənkəran Gənclər Mərkəzi Seymur Qaraşovun rayonda sahib olduğu son obyekt olmayıb. Bu günlərdə Seymur Qaraşova məxsus "Dəniz" otelinin açılışı olub.

Ən azı 5 milyon manata başa gələn otelə işçi personalı artıq tam yığılıb.

Qeyd edək ki, oteldə böyük restoran və əyləncə mərkəzi də fəaliyət göstərir. O cümlədən uşaqların əylənməsi üçün atraksionlar, müxtəkif əyləncə qurğuları otel ərazisində quraşdırılıb.

Mənbə bildirir ki, otelin tikintisinə Seymur Qaraşov bir qəpik də olsun pul xərcləməyib. Bütün maliyyə xərclərini Lənkəranın yerli məmurları çəkməli olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook