İcra başçısı biznesini təkzib etdi, siyahısını yaydılar

02 aprel 2019
İcra başçısı biznesini təkzib etdi, siyahısını yaydılarÇılpaq qızların videosu ilə bərabər Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev də gündəmə gəldi.

“Yeni Sabah” xəbər verir ki, icra başçısı Almaniyada yaşayan siyasi mühacir Məhəmməd Mirzəli tərəfindən gündəmə gətirilmişdi. O, həmin qızların olduğu məclisdə icra başçısının oğlunun da iştirak etdiyini idddia etsə də, bu, Adil Vəliyev tərəfindən təkzib olundu.

A. Vəliyev bildirdi ki, “Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır”. İcra başçısı eyni zamanda qeyd etmişdi ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur: “Əgər belə bir biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər o, Azərbaycanda yaşamış olsaydı, bu cür ağır ittihamlara görə qanun qarşısında cavab vermiş olacaqdı”.

Bu mövzunun ardınca sosial şəbəkələrdə icra başçısının sahibi olduğu biznesin siyahısı yayılıb. Hazırda kütləvi şəkildə paylaşılan xəbərdə bildirilir ki, siyahıda olanlar Adil Vəliyevin sərvətlərinin kiçik bir hissəsidir. Həmin siyahını təqdim edirik:

1. "Sarı gəlin" şadlıq sarayı.

2. "AQAT" şadlıq sarayı.

3. "Bakıxanov Rezidens" yaşayış kompleksi.

4. "Volkswsvagen", "Porche", "Audi", "Seat" avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər Adil Vəliyevə məxsusdur.

5. Binalara üzlüklər çəkən şirkət ("AQAT")

6. "Azəravtoyol"un bütün tenderlərində qalib olan şirkətlər (Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook