Geryenin bədənindəki döymələrin sirri – ölən qızı, futbol sevgisi...

02 aprel 2019
Geryenin bədənindəki döymələrin sirri – ölən qızı, futbol sevgisi...Martın 31-də 30 yaşı tamam olan “Qarabağ”ın haitili müdafiəçisi Donald Gerye ölkəsinin mətbuatına danışıb.

Qol.az xəbər verir ki, təcrübəli futbolçu bədənindəki döymələrin mənasını açıqlayıb.

Onun inancları
Sağ əlinin kənarındakı qadın rəsmi Haiti mədəniyyətinin bir parçasını və Geryenin dini baxışlarını əks etdirir. Donald deyir ki, Tanrıya, onun mərhəmətinə inandığı üçün bu şəkili qoluna döydürüb.

Övladları
Gerye bədənində həmçinin 2017-ci ildə dünyasını dəyişən qızı Miya Manettin xatirəsini əbədiləşdirib. Sağ qolundakı rəsmin ətrafında olan ulduzlar əbədiyyat anlamı daşıyır. Futbolçunun sinəsində ötən ilin sonunda dünyaya gələn oğlu və digər qızının da adları var.

Ailəsi
Donaldın bədənində onun ailə üzvləri - bacıları və anası Manett Geryenin də adları həkk olunub. Gerye bu 3 nəfərin onun üçün hər şey demək olduğunu deyir.

Oynadığı böyük turnirlər
Sağ qolundakı ulduzlar onun futbolçu kimi qazandığı uğurları və 3 böyük turnirdəki (Çempionlar Liqası, Avropa Liqası və Amerika Kuboku) çıxışını təcəssüm etdirir.

Haitinin öz yeri var
Onun bədənindəki döymələrdən biri də Haitinin xəritəsidir. Hansı ki, orada futbolçunun anadan olduğu Port-A-Piment şəhəri xüsusi qeyd olunub.

Brendi
Gerye 2014-cü ildə təsis etdiyi “DG77” brendini də bədəninə tatu etdirib. Bu şəkil onun sağ əlindədədir.

Təbiət
Futbolçunun sol qolunda bulud döyməsi var ki, bu da təbiəti təcəssüm etdirir. Boynundakı qartal şəkli isə onun meydandakı döyüşkənliyini nümayiş etdirir. Sinə əzələləri arasındakı ürək rəsmi isə Donaldın futbola olan sevgisindən xəbər verir.
Gerye sinəsindəki üçbucaq döymələrinin mənasını isə açıqlamayıb.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook