Nikol Paşinyan:"Boş vaxt itirirsiniz, iclaslardan yayınırsınız"

10 aprel 2019
Nikol Paşinyan:"Boş vaxt itirirsiniz, iclaslardan yayınırsınız"Ermənistanın Baş naziri Nikol Paşinyan komandasının üzvlərinin işindən və qanunverici orqandakı fəaliyyətindən narazı olduğunu bildirib.

Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Bildirilib ki, aprelin 8-də parlamentin binasında Nikol Paşinyan lideri olduğu “Mənim addımım” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

“Nikol Paşinyan komandasının üzvlərinin işindən və parlamentdəki fəaliyyətindən narazı qaldığını bildirib. O, indiki qanunverici orqanın arzuladığı parlament olmadığını təəssüf hissi ilə qeyd edib. Paşinyan deputatların boş yerə vaxt itirərək iclaslardan yayınmaqla məşğul olduqlarını bildirib. Onun narazı qaldığı məsələlərdən biri komanda üzvlərinin Paşinyanın siyasi xəttinə riayət etməmələri olub. Bəzi deputatlar Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı keçirdiyi görüşlə maraqlanıb. Baş nazir deputatların Dağlıq Qarabağ münaqişəsi barədə təsəvvürlərinin çox səthi olmasından narazılığını dilə gətirib. O bildirib ki, bu məsələ ilə bağlı deputatlar elementar mövzular barədə danışa bilmirlər. Baş nazir Qarabağ münaqişəsi ilə bağlı təbliğat sahəsində uğursuzluğa uğradıqlarından hiddətlənərək deyib: “Bilmirəm, sizin bu məsələ barədə danışmağınız, yoxsa susmağınız yaxşıdır”, – qəzet yazıb.

“Joqovurd” qəzetinin yazdığına görə, N.Paşinyanın “məxməri inqilab”ın ildönümünün yekunlarını nəzərdən keçirməsi nəticəsində bəzi məmurlar tutduqları vəzifədən azad ediləcəklər. Bildirilib ki, baş nazir məmurlardan bir il ərzində gördükləri işlərin hesabatını tələb edib. (Report)
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook