Əli Əhmədov: “Köçkünlər tez köçürülmək üçün öz yataqxanalarını yandırır”

12 aprel 2019
Əli Əhmədov: “Köçkünlər tez köçürülmək üçün öz yataqxanalarını yandırır”Son aylar məcburi köçkünlərin məskunlaşdığı binalarda tez-tez yanğın hadisəsi baş verir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayonunda olan baş nazirin müavini Əli Əhmədov məlumat verib.

O bildirib ki, Kürdəxanı qəsəbəsində yeni tikilib istifadəyə verilən köçkün şəhərciyində məcburi köçkünlərin köçürülməsi başladıqdan sonra Nərimanov rayonu ərazisindəki məcburi köçkünlərin yaşadığı xəstəxana binasında yanğın hadisəsi baş verib.

“İlkin ehtimala görə, yanğın hadisəsi qəsdən törədilib. Buna səbəb köçkünlərin yeni şəhərciyə köç etməsini tezləşdirmək istəməsidir. Son bir neçə ayda köçkünlərin məskunlaşdığı binalarda beş belə yanğın hadisəsi qeydə alınıb.

Məcburi köçkünlər bilməlidir ki, Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görür. Mütəmadi olaraq Bakı və rayonlarda köçkün şəhərcikləri tikilib, çətin şəraitdə yaşayan ailələr yeni mənzillərə köçürülür.

Bu proses bundan sonra da davam edəcək. Sadəcə, səbr edib gözləmək lazımdır. Bu proses insanların yaşam şəraitinə uyğun aparılır. İlk növbədə daha çətin şəraitdə yaşayan ailələr köçürülür. Bu günə qədər ölkə ərazisində 100-dən çox köçkün şəhərciyi tikilib”, – deyə o qeyd edib.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook