Yazıçı ilə icra başçısı arasında qalmaqal

12 aprel 2019
Yazıçı ilə icra başçısı arasında qalmaqal“Bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görüşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi”.

Bunu Report-a müsahibəsində Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib. O, bildirib ki, icra başçısı nəinki onunla görüşməyib, hətta müavininə ggörüşü qadağan edib: “Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil.

Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər”.

Rayon icra başçısının köməkçisi Mirmahmud Mahmudov isə Bakupost.az-a açıqlamasında deyib ki, yazıçı Çingiz Abdullayev Kürdəmir rayonuna aprel ayının 4-də gəlib: "O, rayona Nizami Gəncəvi adına muzeyin təşkilatçılığı ilə gəlmişdi. Həmin vaxt isə cənab başçı rayonun Mollakənd kəndində vətəndaşlarla səyyar görüşdə olub, ona görə də həmin tədbirdə iştirak edə bilməyib”.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook