AQTA "işçiləri" rüşvət üstə tutuldular

12 aprel 2019
AQTA "işçiləri" rüşvət üstə tutuldularAzərbaycan Qida təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərin vedeogörüntüləri aşkarlanıb.

AQTA-dan verilən məlumata görə, son günlər Agentliyə qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olub.

Daxil olan növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini Agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılan kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntülərinin əks olunduğu müəyyən olunub.

AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanuna zidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bildirilir ki, dövlət orqanın nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook