Fuad Abbasov Rusiyadan deport edilir

13 aprel 2019
Fuad Abbasov Rusiyadan deport edilirMoskva məhkəməsi azərbaycanlı jurnalistin aprelin 15-də deport edilməsi haqqında qərar çıxarıb. Jurnalist Fuad Abbasov Rusiyadan deport edilir. Aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb.

Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir. Xəbəri Yenicağ.ru yayıb.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyini ən qatı müdafiəçisi kimi tanınır.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravoasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğura nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Miqrasiya Xidmətini Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl (təxminən 230 min rubl) müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb. Xəbərdə o da bildirilir ki, Rusiyadakı bir neçə azərbaycanlı icması da jurnalistin deport edilməsi üçün Moskva məhkəməsinə müraciət edib. Səbəb kimi onun fəaliyyətinin Azərbaycan diasporunun Rusiya ictiamiyyəti qarşısında gözdən salınmasına xidmət etdiyi göstərilib.

Yada salaq ki, bu, 2019-cu ildə fəal azərbaycanlılarla bağlı Rusiya məhkəmələrinin ikinci qərarıdır. AzerRos-un keçmiş rəhbəri, Söyün Sadıqov da bir müddət öncə həbs edilib. Fuad Abbasov faktında olduğu kimi onun saxlanmasında da Rusiyadakı erməni diasporunun əli olduğu bildirilir.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook