İmamoğluna mandat vermədilər, səslər üçüncü dəfə sayılacaq - AKP RÜSVAYÇILIĞI SƏRHƏD TANIMIR

15 aprel 2019
İmamoğluna mandat vermədilər, səslər üçüncü dəfə sayılacaq - AKP RÜSVAYÇILIĞI SƏRHƏD TANIMIR
Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim partiya ilə müxalifət arasında mübahisə davam edir. Virtualaz.org xəbər verir ki, AKP-nin tələbi ilə İstanbulda etibarsız hesab edilmiş 330 minə yaxın səsin, o cümlədən 60-dan çox məntəqədə bütün səslərin yenidən sayılması başa çatmaqda ikən Yüksək Seçim Kurulu Maltəpə rayonunda yenidən təkrar sayım qərarı verib.

İstanbulun Maltəpə rayonu səslərin yenidən sayılmasında sonuncu rayon idi və prosesin bu gün başa çatacağı gözlənilirdi. Əgər səslərin yenidən sayılması başa çatsaydı CHP-nin namizədi Əkrəm İmamoğlunun bələdiyyə başqanı seçildiyi haqda mandatı almasına maneə qalmayacaqdı.

Lakin ötən gün axşam AKP və onun müttəfiqi MHP Maltəpədə 400 seçki məntəqəsi üzrə səslərin yenidən (artıq üçüncü dəfə) sayılmasını tələb edib. Beləliklə, sayılmamış qalan qutular da daxil olmaqla Maltəpə rayonunda 576 seçki qutusunda bülletenlər yenidən sayılacaq. Prosesin daha nə qədər zaman alacağı məlum deyil.

Xatırladaq ki, AKP İstanbulda seçkilərin nəticələrini tanımır və səslərin hesablanmasında, habelə seçici siyahılarının hazırlanmasında “kütləvi pozuntuların olduğunu” bildirir. Baxmayaraq ki, seçici siyahılarının hazırlanmasını hakimiyyət özü həyata keçirib, o cümlədən bütün seçki məntəqələrində AKP-dən olan komissiya üzvləri və müşahidəçiləri səsvermənin nəticələrinə dair protokolları imzalayıblar.
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook