Rəsmi Vaşintondan Ərdoğana açıq təhdid: "Buna dözəcək gücdə deyilsiz..."

15 aprel 2019
Rəsmi Vaşintondan Ərdoğana açıq təhdid: "Buna dözəcək gücdə deyilsiz...""Donald Tramp Türkiyənin çox sərt cəzalandırmaq qərarında qətidir".

Bu sözləri ABŞ Dövlət katibinin müşaviri Con Sitilides deyib.

O açıqlamasında ABŞ-Türkiyə münasibətlərinin gələcəyinin necə cərəyan edəcəyi haqda danışaraq, bildirib ki, hazırkı vəziyyət onlardan asılı deyil: "Amerika və Türkiyə hazırda bir çox məsələlərdə bir-birindən xeyli uzaq yollardadır. İstər NATO - Türkiyə, istərsə də ABŞ və Türkiyənin öz hədəflərinə yanaşmasında ciddi fərqlər ortadadır. Xüsusi ilə Yaxın Şərq və Aralıq dənizinin şərq hissəsində Türkiyə tamam fərqli hədəfə doğru gedir. Açığı, indi Türkiyə prezidenti Ərdoğanın, yaxud onun hökumətinin nə edəcəyi haqqında heç bir məlumatımız yoxdur".

Türkiyənin Rusiyadan alacağı S-400 raketlərinin tərəflər arasındakı gərginliyi pik həddə daşıdığını etiraf edən Sitilides deyib ki, əgər Türkiyə o raketləri alarsa, o zaman ABŞ F-35 qırıcılarının satışını dayandıracaq: "Bildiyim budur ki, Türkiyənin hazırkı addımları ABŞ-ın da müdafiə qabiliyyətini ciddi təhdid edəcək durumdadır. Bəli, Tramp və onun komandası S-400-lərə görə F-35 hərbi təyyarələrinin Türkiyəyə satışını ləğv etmək məsələsində çox ciddidir. Arizonadakı hərbi bazada Türkiyəyə satılmış 3 ədəd F-35 var. Orada türk pilotlarına təlim keçilir. Ancaq o təyyarələr hələ Türkiyəyə təslim edilməyib. Əgər Ankara Rusiya ilə i S-400-lərlə bağlı mzaladığı müqaviləni həyata keçirirsə, o zaman F-35-lərin təslim ediləcəyinə inanmıram.

Düzdür, bu zaman F-35-lərin dünyaya tədarük həlqəsində bəzi problemlər yaşanacaq. Çünki həmin təyyarələrin bəzi detalları Türkiyə ilə birgə istehsal olunur. Sözsüz ki, Türkiyə ilə birgə istehsal dayandırılsa və yeni ortaq tapılana qədər bəlli maliyyə itkiləri olacaq".

Sitilides daha sonra bəyan edib ki, ABŞ problemdən çıxış yolu kimi, Ankaraya qarşı qətiyyətli addımlar atacaq: "Prezident Tramp Türkiyəni iqtisadi baxımdan cəzalandırmaq məsələsində çox kəskin və qəti danışdı. Türkiyə bu cür sanksiyalara dözəcək gücdə, vəziyyətdə deyil. Hətta Türkiyə iqtisadiyyatını xilas etmək üçün Beynəlxalq Valyuta Fondundan kredit almaq məcburiyyətində qala bilər.

Bəli, nəzarətdən çıxmış inflyasiya, plansız işsizlik və çox ciddi borc böhranı Türkiyənin qapısındadır. Məncə, Türkiyə son 20 ilin ən zəif iqtisadi vəziyyətini yaşayır.

Bu səbəbdən, cənab Ərdoğan daxildə siyasi xal toplamaq və ya türk xalqında Amerika və NATO-ya qarşı fikir formalaşdırmaqdansa, ölkə iqtisadiyyatını çökdürməmək məsələsinə çox diqqət etməlidir".
Xəbəriniz olsun

23.04.2019 - İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23.04.2019 - “Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23.04.2019 - Ziya Məmmədovun qardaşı oğlu DİN-də yüksək vəzifəyə təyin olundu

23.04.2019 - "Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər..."

23.04.2019 - “İşıqdan, sudan qorxmağa başladı…” – İt dişləməsindən ölən gəncin atası danışdı

23.04.2019 - “Nar” kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23.04.2019 - Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23.04.2019 - Ramil Usubovdan yeni təyinatlar - ADLAR

23.04.2019 - “Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23.04.2019 - “Oskar” otelində jurnalst qadına hücum olundu

23.04.2019 - Zelenski necə məşhurlaşdı? – Yumor ustasının prezidentliyə aparan yolu...

23.04.2019 - Bakının sahibsiz it problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

23.04.2019 - İCRA BAÇIŞININ BÖYÜK BİZNESİ – Qızıl balıq, maral fermaları, taxıl sahələri…

Facebook