“EkspressBank”ın böyük rəzaləti- bankomatlar “pul yeyir”, filiallar süründürməçilik edir

18 aprel 2019
“EkspressBank”ın böyük rəzaləti- bankomatlar “pul yeyir”, filiallar süründürməçilik edirAzərbaycanın maliyyə sektorunda fəaliyyəti daim narazılıqlarla müşayiət olunan EkspressBank vətəndaşların, sözün əsl mənasında, əsəbləri ilə oynayır. Belə ki, banka məxsus ödəniş terminalları vasitəsi ilə müxtəlif əməliyyatlar keçirən vətəndaşların pulu hesaba oturmur, bankomat tərəfindən yeyilir.

Belə hadisələrdən biri də şənbə günü Dövlət Yol Polisinin hesabına inzibati xətalarla bağlı 45 manat cərimə ödəmək istəyən AzNews.az xəbər portalının əməkdaşının başına gəlib.

Əməkdaşımız həmin bankın Badamdarda yerləşən DYP-nin Bakı şəhər idarəsinin binasındakı post terminalına 45 manat ödəyib, digər sənədləşmə işlərini həll etmək üçün Xırdalana gedib və orada məlum olub ki, əməliyyat həyata keçməyib: “Etimadnamənin vaxtı bitdiyi üçün tələsirdim. EkspressBankın qaynar xəttinə müraciət etdim. Xeyli musiqi dinlədikdən sonra bildirdilər ki, ya yaxınlıqdakı ticarət obyektlərinin birində yerləşən terminalda pin kod vasitəsi ilə əməliyyatı aktivləşdirim, ya da birinci gün bankın filallarından birinə yaxınlaşım. Bu adamlar başa düşmür ki, bir əməliyyat bank filalında aparılacaqsa, o zaman bankomata nə ehtiyac var?”.

Əməkdaşımız bildirib ki, o, Xırdalanda yerləşən ticarət obyektlərinin birindən pin kod vasitəsi ilə ödənişin DYP-nin hesabına keçməsini təmin etmək istəyib: “Lakin sistem işləmədi. Əlavə 1 manat da ödədim ki, bəlkə komisyon tələb olunur. Yenə nəticə olmadı. Qaynar xəttə yenidən müraciət etdim, avtomat cavabdan məlum oldu ki, əməkdaşlar nahardadır deyə zənglər qəbul olunmur. Əlacım kəsildi, başqa bir bank vasitəsi ilə cəriməni ödədim”.

Bu gün əməkdaşımız bankomatın müvafiq qəbzini təqdim etməklə öz yaxın adamlardan birini EkspressBankın “Elmlər Akademiyası” filialına göndərib. Filialdan bildiriblər ki, qəbzdə adı keçən şəxs şəxsən və şəxsiyyət vəsiqəsi ilə birlikdə gəlməlidir. Əməkdaşımız vaxt darlığına baxmayaraq bu tələbi də yerinə yetirib. Bankda bir müddət növbədə dayandıqdan sonra ona ərizə yazdırıblar: “Dedilər, yazın ki, xahiş edirəm, pulumu qaytarın. Mən bankın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq terminal tərəfindən yeyilmiş halal pulumu niyə xahiş-minnətlə geri almalıyam? Nə isə, ərizə də yazdım, amma pul geri qaytarılmadı. Dedilər, gözləyin, ən tezi 30 dəqiqə, bir saat ərzində pulunuzu götürə bilərsiniz. Bu, nə rəzalətdir axı? İndi mən yenidən banka getməli, növbə götürməli, vaxt itirməliyəm. Axı niyə?”

Bankda olarkən əməkdaşımız pulları EkspressBankın terminalları tərəfindən yeyilmiş bir neçə vətəndaşın da ərizə yazdığını müşahidə edib. Bundan başqa, telefonlara gələn zənglərə verilən cavablardan məlum olub ki, bu hal kütləvi xarakter alıb.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook