İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur...”

Bunu Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov prezident İlham Əliyev bu gün Qaraçuxurda olarkən deyib. Prezidentin “Fasiləsiz?” sualına isə icra başçısı “Bəli, çox gözəldir” cavabı verib. “Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur”.
İ. Abbasov suyun qrafiklə, amma sıx qrafiklə verildiyini qeyd edib: “Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub”.
Qeyd edək ki, icra başçısının “rayonun hər bir yerində qaz, su, işıq problemi yoxdur” deməsi onun problemləri ört-bastır etməsidir. Belə ki, təxminən prezidentin Qaraçuxurda olduğu vaxtda Bakının Suraxanı rayonunda, Yeni Suraxanı qəsəbəsinin sakinləri su tələbi ilə aksiya keçirirdilər.
ONA-nın yaydığı xəbərə görə, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlamışdı. Nəticədə yolda böyük tıxac yaranmış və polisin müdaxiləsindən sonra yol açılaraq avtomobillərin hərəkəti bərpa olunmuşdu.
Yeni Suraxanı qəsəbəsində su probleminin olmasını “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təsdiq etmişdi.
İcra başçısının rayondakı su problemini dilə gətirməməsi, əksinə “hər şey çox gözəldir” deməsinin arxasında dayanan niyyətin nə olduğu aydın deyil...
10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...
10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ
10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb
10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi
10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA
10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar
10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı
10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ
10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib
09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam
09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi
09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti
09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."
09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı
09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI