Deputat qaz limitinin ləğvinə qarşı: "Əhalinin gəliri artıqca..."

19 aprel 2019
Deputat qaz limitinin ləğvinə qarşı: "Əhalinin gəliri artıqca..."Son vaxtlar bir sıra deputatlar və ekspertlər qaz, işıq və su üçün tətbiq olunan limitlərin ləğv olunması tələbi ilə çıxış edirlər.

Onlar nəzərdə tutulan limitlərin minimal olduğunu və iki ay ərzində bitdiyini, bundan sonra əhalinin həmin enerji daşıyıcılarını ikiqat baha qiymətə almağa məcbur olduqlarını qeyd edirlər. Bu isə onsuz da ağır vəziyyətdə yaşayan yoxsul əhalinin durumunu daha da pisləşdirir.

Məsələ ilə bağlı parlament səviyyəsində də təkliflər irəli sürülüb. Amma məsələyə reaksiya verməli olan Tarif Şurası hələ ki, susur.

Onun əvəzinə isə kasıb əhalinin maraqlarını düşünərək irəli sürülən təklifə deputat Aydın Hüseynov cavab verib. O, öz "arqument”ləri ilə limitlərin ləğv olunmasına qarşı çıxıb. Sherg.az-a açıqlamasında deputat iddia edib ki, limitlərin tətbiqi hər kəsin qaz və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaradıb:

"Əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı tədbirlər getdikcə daha da çoxalacaq. Məlumdur ki, elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır. Əhalinin gəliri artıqca bu problemlər öz-özlüyündə həll olunacaq. Doğrudan da limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı. Əlbəttə, maliyyə imkanlarımız artıqca vətəndaşlarımız üçün sosial tədbirlər də çoxalacaq. Lakin qaz və elektrik enerjisi ilə bağlı limitlərin ləğvi real deyil”.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook