Göyçay RİH başçısının müavinindən şok: “İmkanın yoxdur, uşağın məktəbə getməsin”

19 aprel 2019
Göyçay RİH başçısının müavinindən şok: “İmkanın yoxdur, uşağın məktəbə getməsin”Qəzalı evdə yaşayan Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı sakinin anası işsiz olduğu üçün təhsil ala bilmir.

Savash.org xəbər verir ki, Bizimyol.info-ya müraciət edən Əliyeva Qənimət Valik qızı bildirib ki, qəzalı vəziyyətdə olan evinin təmir edilməsi və onun işlə təmin olunması üçün icra hakimiyyətinə dəfələrlə müraciət edib.

“Həyat yoldaşım Firdovsi Əliyev 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib. Hazırda qəzalı vəziyyətdə olan evdə qorxu, həyacan içində övladımla yaşayırıq. Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik”,- deyə Q.Əliyeva bildirib.

O deyib ki, işsizlikdən əziyyət çəkdiyi üçün 3-cü sinifdə təhsil almalı olan oğlu dərsə gedə bilmir: “İşlə əlaqədar dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Rəhimov mənə “imkanın yoxdur, uşağın məktəbə getməsin” dedi. Quhum-qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündüsə. Elə olur ki, günlərlə quru çörəyə belə möhtac qalırıq. Hətda belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr”.

Qənimət Əliyeva deyib ki, mərkəzi və yerli icra hakimiyyətinə dəfələrlə müraiciət edərək qəzalı vəziyyətdə olan evinin təmir edilməsinə və onun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook