Azərbaycanda Səhiyyə Nazirliyi ləğv olunacaq?

19 aprel 2019
Azərbaycanda Səhiyyə Nazirliyi ləğv olunacaq?“Baş nazirin yeni qərarından sonra “Səhiyyə nazirliyi nəyə lazımdır və ya hansı işləri görəcək” sualının cavabı əslində bütün səhiyyə sahəsində olan adamları da maraqlandırır”.

Bunu “Yeni Sabah”a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Novruz Məmmədovun xəstəxanalarla bağlı son qərarından danışarkən deyib. O bildirib ki, iki qurum arasında ( “TƏBİB” və Səhiyyə nazirliyi) səlahiyyət bölgüsü haqqında heç bir sənədə rast gəlinmir:
“Bu prosesi izləyirəm və publik hüquq şəxs nələri etməlidir, Səhiyyə Nazirliyi hansı işləri görəcək kimi suallara cavab verməyə çətinlik çəkirəm. Çünki qurumlar arasında dediyim kimi səlahiyyət bölgüsü müəyyən edilməyib. Ona görə də rəsmi olaraq hansısa sənəd bəlli olsa, o zaman nəyəsə şərh vermək mümkün olacaq.

İndiki vəziyyətdə bunu etmək çox çətindir. Dünənki çap olunmuş siyahıdan belə aydın olur ki, əksər xəstəxanalar nazirliyin tabeçiliyindən çıxarılsa da, bəziləri məlum olmayan bölgü prinsipinə əsasən, Səhiyyə Nazirliyinin balansında saxlanılıb. Məsələn, Milli Onkologiya Mərkəzi, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi. . Bu üç nəhəng xəstəxanalar nəyəsə görə, başa düşülməyən səbəbdən nazirliyin səlahiyyətində saxlanılıb. Bu özü də bütövlükdə tibbi sığortanın tətbiqi məsələsinin gedişatı ilə bağlı müəyyən suallar yaradır”.

Ə.Əliyev Səhiyyə nazirliyi ilə bağlı mövcud narazılıqlardan da söz açıb: “Məgər əhali Energetika Nazirliyinin ya da Təhsil Nazirliyinin fəaliyyətindən razıdır? Bütövlükdə hökumət bərbad vəziyyətdədir.

Sadəcə əhali sağlamlıqla gündəlik toqquşduğundan, bu istiqamətdə problemlər mövcud olduğundan Səhiyyə Nazirliyi ilə bağlı şikayətlər, narazılıqlar daha çoxdur. Çünki bu, insan taleyinə bağlı olan sahədir. Mən sual edirəm, ölkənin hansı sahəsində mütəxəssislər 200-250 manat maaş alır? Göstərə bilərsiniz, mənə elə bir sahə? Amma Azərbaycan həkimlərinin əksəriyyəti həmin maaşa xidmət edirlər. Necə maaş alırlarsa, o cür də işləyirlər. Xalq hakimiyyətin yaxasından tutub silkələməlidir ki, sən bu həkimə maaş ver, sonra keyfiyyətli tibbi xidmət tələb elə. 200 manata insan yaşayar? Mən hələ həkimdən danışmıram”.

Qeyd edək ki, ötən gün Novruz Məmmədov “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, bu ilin sonunda yüzlərlə xəstəxana nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB-ə veriləcək. Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook