"Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram" - Nazim İbrahimovun qardaşı

20 aprel 2019
"Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram" - Nazim İbrahimovun qardaşı"Barəmdə cinayət işi var, biznes fəaliyyətimə qadağa qoyulub, ev dustaqlığındayam".

Savash.org unikal.org-a istinadla xəbər verir ki, bu barədə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bildirib. O vurğulayıb ki, bu yaxınlarda əvvəldən tikdirdiyi bir əmlaka qeydiyyat çıxarışı almaq istəyib: "Xahiş elədim ki, şəxsiyyət vəsiqəmi versinlər, etibarnamə verim yaxınlarıma. Ona da icazə vermədilər ki, cinayət işi yekunlaşmamış olmaz".

Sahib İbrahimov evlərini, maşınlarını girov qoyub banklardan kredit götürdüyünü deyib: "Məqsəd mənə məxsus olan və Səttar Bəhlulzadə 14 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının sökülməsi, orada yaşayan insanları başqa yerlərdə evlə təmin etmək olub. Nəticədə 5 milyon dəyəri olan evimi 1 milyon qiymətləndirib əlimdən aldılar. Övladlarımın, özümün evlərimizi aldılar. Hamımız bilirik ki, Azərbaycanda dəyəri 10 milyon manat olan əmlakı ən yaxşı halda 2-3 milyona qiymətləndirib girov kimi qəbul edirlər. Bizim də əmlaklarımızı elə qiymətləndirdilər, ödəniş etmədiyimizə görə əlimizdən aldılar. İndiyədək də bir neçə banka külli miqdarda borcum yığılıb, heç bilmirəm onu necə ödəyim... İki övladımı keçən idən çıxarıblar, biri qalırdı. Onun da ödənişini 10-15 gün yubatmışdıq deyə məktub yazdılar ki, daha məktəbə gətirməyin. Bu, mənə çox pis təsir etdi, necə ola bilər ki, bu qədər alacağım ola-ola 500-600 manata görə mənim uşağımı məktəbdən çıxarsınlar?! İnsaf da yaxşı şeydir axı... Bütün evlərim, uşaqlarımın yaşadığı evlər, maşınlarımız əlimizdən gedib, kirayələrdə qalmışıq...".
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri