Azərbaycanda avtomobillərin gömrükdən keçirilməsi qaydası dəyişdi

21 aprel 2019
Azərbaycanda avtomobillərin gömrükdən keçirilməsi qaydası dəyişdi
Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

ONA-nın məlumatına görə, indiyədək qüvvədə olan “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə və malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə qısa idxal bəyannaməsi verilib.

Eyni zamanda qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilərdi.

Dəyişikliyə əsasən, artıq fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.

Qeyd edək ki, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli fərmanının icrasının təmn edilməsi məqsədilə edilib. 2019-cu il fevralın 1-dən qüvvəyə minən qanunda müvafiq dəyişiklik əksini tapıb.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook