“Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atası

23 aprel 2019
“Oğlumun üzünü əməliyyat etdilər, lakin…” – Üzünü it parçalayan uşağın atasıBakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun vəziyyəti yaxşılaşır.

Bunu Trend-ə uşağın atası Qismət Məmişov deyib.

Onun sözlərinə görə uşaq özünü yaxşı hiss edir:

“Uşağın vəziyyəti yaxşıdır. Lakin həkim sabah, birigün nə olacağı ilə bağlı zəmanət vermir. 40 gün gözləmək lazımdır. Oğlumun üzünü əməliyyat etdilər, lakin mənə onun can sağlığı lazımdır. İndi özünü yaxşı hiss edir. Xəstəxanadan nə vaxt çıxacağı isə hələlik bəlli deyil”.

Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook