“Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri

23 aprel 2019
“Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam. Jurnalistlər, azərbaycanlılar bunu bilmirlər ki, adi bir vizit kartını böyüdüb, müzakirə edirlər?”.

Bu sözləri sosial şəbəkələrdə vizit kartının şəkli müzakirələrə səbəb olan Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev deyib. O bildirib ki, sosial şəbəkələrdə şəkli yayılan visit kartı illər öncə hazırlanıb:

“Həmin şəxsi tapıb, sürüyəcəyəm” – “Qayğı” sədri“Bu lap çoxdan hazırlanmış “vizitka”dır. İndi kimsə Moskvadan həmin “vizitka”nın şəklini yayıb, Azərbaycanda mənə qarşı mənfi rəy formalaşdırmağa çalışıb. Hazırda Moskvadayam. Bakıya qayıdanda bunun kökünü tapıb, cəzasını verəcəyəm. Bizim ofisimiz Şəhidlər Xiyabanının yaxınlığında yerləşir. Elə həmin şəxsi də tapıb, Xiyabanda sürüyəcəyəm. Bu ancaq Moskvadan qaynaqlanıb. Mənə gücləri çatmır ki, qarşıma çıxsınlar”.

Müşfiq Əliyev deyib ki, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti bu günün deyil, 30 ilin təşkilatıdır:

“Mən ən güclü, ən savadlı jurnalistlə belə, polemikaya hazıram. Mən "Azərbaycan" deyib, "Heydər baba" deyib, fəaliyyətimi quran adamam, jurnalist müzakirəsinə ehtiyacım yoxdur. Camaat mənim Bakıda keçirdiyim tədbirləri, şəhid ailələri ilə bağlı təşəbbüslərimi müzakirə etsin. Onları niyə sosial şəbəkədə paylaşıb, müzakirə etmirlər?

Məni ulu öndərimiz, bütün xalq qiymətləndirib, şəhid ailələri, qaçqınlar müdafiə edirlər. Bizim işimiz o deyil ki, illər əvvəl çap olunmuş bir kağıza görə müzakirə açaq. Daha vacib işlərimiz var. O “vizitka”nı paylaşanlar qələt ediblər”.

Qeyd edək ki, Müşfiq Əliyevin vizit kartının sossial şəbəkədə müzakirə olunmasına səbəb paylaşılan şəkildə həm eleketron poçt ünvanının, həm də e -mailin parolun yazılmasıdır.

Modern.az
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook