İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."

23 aprel 2019
İlham Əliyevdən icra başçılarına irad: "Elə hallar var ki..."“Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir”.

Savash.org xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. O, xatırladıb ki, bu sözləri dəfələrlə deyib:

“Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır.

Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook