"Yeni Müsavat"a müsahibəyə gəlirdi, qəzaya düşdü...

27 noyabr 2014
"Yeni Müsavat"a müsahibəyə gəlirdi, qəzaya düşdü...Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

Bu haqda özü musavat.com-a məlumat verib. Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: “Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

“Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsalar, çox narahat olacaqlar”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan "Maharakshak Aryan" serialında rol alıb. Serial "India`s Best Cine Stars Ki Khoj" layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdankı arzusu olduğunu da bildirib: "Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook