Rektor Heydər Əliyevin ad günü konfransına 15 manatdan pul yığır

27 aprel 2019
Rektor Heydər Əliyevin ad günü konfransına 15 manatdan pul yığır“Etibarlı mənbənin sözlərinə görə, rektor Ədalət Muradovun Ulu Öndərin ad gününə həsr edilən tədbirdən də pul qazanmaq cəhdi Prezident Administrasiyasında qəzəblə qarşılanıb...”
Xəbər verdiyimiz kimi, bu ilin mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDxUNEC konfransı keçiriləcək. Belə ki, Universitetinin rəsmi saytında aşağıdakı məzmunda rəsmi elan da yerləşdirilib: “Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək.

Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir. TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər. TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi, 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq. Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir”.

“Təzadlar” görkəmli dövlət xadimi, həyatını Azərbaycanın bu gününə və gələcəyinə qurban vermiş Heydər Əliyevin adına və ad gününə nəzərdə tutulmuş adı çəkilən konfransın iştirakçılardan adambaşı 15 manatdan pul yığılaraq keçirilməsini sərt tənqid etmiş, “ƏDALƏT MURADOV HEYDƏR ƏLİYEVİN AD GÜNÜ KONFRANSINA 15 MANATDAN PUL YIĞDIRIR-ŞOK” başlıqlı yazı da dərc olunmuşdur.

Təbii ki, ADİU rektorunun bu hərəkəti, bizə çatan məlumata görə, ən yuxarı dairələrdə kəskin reaksiya ilə qarşılanıb. Etibarlı mənbənin sözlərinə görə, rektor Ədalət Muradovun Ulu Öndərin ad gününə həsr edilən tədbirdən də pul qazanmaq cəhdi Prezident Administrasiyasında qəzəblə qarşılanıb... Eləcə də YAP rəhbərliyində də qəti pislənilib və ona ciddi xəbərdarlıq edilib və s. (Daha ətraflı bu günkü qəzetdə təqdim edilib).

“TƏZADLAR” YAZDI, ƏDALƏT MURADOV SÖZÜNÜ GERİ
GÖTÜRDÜ-BİABIRÇILIQ...


Və məlumatlı mənbənin söylədiyi özünü doğrultdu. Belə ki, ADİU-dakı mənbənin sözlərinə görə, “Təzadlar”ın məlum tənqidi yazısından sonra rektor Ədalət Muradov təcili toplantı keçirib və universitetin rəsmi saytında yer almış təhqiramiz elanın mahiyyəti təkzib edilib, elana başqa don geyindirilib, dərhal həmin təkzibvari mətn rektora yaxınlığı hər kəsə bəlli saytlarda yayımlanıb. Belə ki, atalar demiş, bu təkzibin astarı üzündən betər olub. Görün “Təzadlar”ın məlum yazısına, əslində isə, rektor Ədalət Muradovun yanlış, qeyri-peşəkar, naşı elanına necə “aydınlıq” gətirilib: belə ki, mayın 7-də UNEC-də keçiriləcək “Azərbaycan. Lider. Tərəqqi” mövzulu TEDxUNEC konfransı ilə bağlı UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun “UNEC-NEWS”-a müsahibəsində nə deyilir: “...TEDx UNEC konfransı ilk iki tədbirində universitetin sponsorluğu ilə ödənişsiz həyata keçirildi. Bu il isə bilet qiyməti 15 AZN müəyyən olundu, lakin alış qiyməti 10 qəpikdir və ödənişin 14 manat 90 qəpiyi isə UNEC-in sponsorluğu ilə qarşılanır. Simvolik ödəniş iştirakçıları müəyyən etmək üçün saxlanılmışdır”.

Sual yaranır: əgər 14 manat 90 qəpiyi universitet ödəyəcəkdirsə, niyə bunu iki gün əvvəl bəyan edilmiş elanda qeyd etmirdilər??? İkincisi, axı həmin məlum elanda 15 manat ödəniş pulunun hara köçürülməyi də göstərilmişdir. Belə çıxır ki, universitet rektoru həm konfransa sponsorluq edir, həm də yığılan pulu indi təqdim edəcəyimiz hesaba köçürür?! Rektor Ədalət Muradovun rəsmi elanından sitat: “...Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir”.
Ən biabırçı hal budur ki, UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov açıqlamasında deyir: “Bu il isə bilet qiyməti 15 AZN müəyyən olundu, lakin alış qiyməti 10 qəpikdir və ödənişin 14 manat 90 qəpiyi isə UNEC-in sponsorluğu ilə qarşılanır. Simvolik ödəniş iştirakçıları müəyyən etmək üçün saxlanılmışdır”.

Başa düşmürük, iştirakçıların sayını müəyyən etmək üçün konfrans zalınındakı yerləri tutanları saymaq üçün Yaponiyadan xüsusi komanda çağırmaq lazımdır?! Bunu zalın süpürgəçisinə də tapşırmaq olar ki, say gör zalda nə qədər adam var. Özü də əgər bu say lazımdırsa...
SON ƏLAVƏ: Təsəvvür edin, biz yazandan sonra hərəkətlərinə aydınlıq gətirilər ki, guya 15 manatdan pul yığılıb, 14 manat 90 qəpiyi universitet ödəyəcək, 10 qəpik isə iştirakçıların özlərindən tutulacaq. Bu 10 qəpik məsələsi isə onların sayını öyrənmək məqsədilədir. Nə qədər yersiz hərəkət, yersiz şərh... Elanda isə yazılır ki, 15 manat virtual, yəni internetlə ödənməlidir. Yəni sən 15 manatı ödəyib sonra içəri daxil olursan. Deməli, sənə 15 manatı artıq əvvəldən ödətdiriblər. Daha sonradan “universitet sponsorluq edir, 14 manat 90 qəpik isə sənə geri qaytarılır, üstəgəl səndən cəmi 10 qəpik tutulur??? Təsəvvür edin, 300-400 nəfərə qaytarılacaq 14 manatlıqları toplamaq asandır, amma bu 90 qəpiklikləri də bir yerə toplamaq gərəkdir (təxminən 27 000-36 000 qəpik!) Bu qədər qəpikləri yalnız Milli Bankdan almaq olar. Bu nə oyunbazlıqdır belə???

***

Bir sözlə, rektor Ədalət Muradovun komandası bu dəfə belə bir yalnış addımı ilə onun “islahatçı rektor” titulunun üstündən bir qara xətt çəkmiş oldu. Özü də “Təzadlar”da məlum yazını oxumuş 6 mindən çox oxucunun baxışından sonra...
AZAD
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri