Zelenskidən Putinə mesaj - “Ukraynalıları pasportunuzla aldatmayın”

29 aprel 2019
Zelenskidən Putinə mesaj - “Ukraynalıları pasportunuzla aldatmayın”Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə ilk dəfə müraciət edib.

O, feysbuk səhifəsində Ukrayna və rus dillərində post paylaşaraq Rusiya hökumətinə Ukrayna vətəndaşlarını bu ölkənin pasportları ilə aldatmamağı məsləhət görüb.

“Bu prosesə vaxtınızı itirməyin. Bəlkə kimsə bununla qazanc əldə etmək və ya cinayət istintaqından qaçmaq cəhdi üçün razılaşacaq”, - deyə Zelenski bildirib.

O, bu məqamda Ukrayna vətəndaşlarının siyahısını təqdim etməyə hazır olduğunu əlavə edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli məmurlar üçün yaxın zamanlarda ölkədə yaşamağın narahat olacağını söyləyib:

“Biz, ukraynalılar öz ölkəmizdə söz azadlığına, azad KİV və internetə sahibik. Buna görə də Rusiya pasportunun nə üçün verildiyini həqiqətən yaxşı bilirik. Rusiya pasportu dinc etirazlara görə həbs olunmaq, azad və rəqabətin olduğu seçkilər hüququna malik olmamaq, azad insan hüquqlarının olmamağı deməkdir.

Ukrayna vətəndaşı olmaq- bu, azadlıq, şərəf və qürurdur. Bu, müdafiə etdiyimiz və edəcəyimiz vətəndaşlıqdır. Ukrayna keçmiş sovet ölkələri üçün demokratiyanın nümunəsi kimi xidmət etmək missiyasından imtina etməyəcək”.

Zelenski rəsmi Moskva ilə danışıqlara hazır olduğunu da bəyan edib: “Ümid edirəm ki, növbəti Normand formatında görüşdə Rusiya gərginliyə son qoymağa hazır olduğunu nümayiş etdirəcək. Bu hazırlığın konkret təsdiqi vətəndaşlarımızın “bütünlüklə” qarşılıqlı mübadiləsi olmalıdır. İstisnalar olmamaqla... Biz Ukrayna və Rusiya vətəndaşlarının birgə yaşaması üçün yeni şərtləri müzakirə etməyə hazırıq”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ukraynanın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran sərəncam imzalayıb.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook