Daha bir deputatın biznes imperiyasının siyahısı yayıldı

01 may 2019
Daha bir deputatın biznes imperiyasının siyahısı yayıldı
Azərbaycanda məmur-deputat oliqarxların biznes imperiyaları ilə bağlı zaman-zaman məlumatlar yayılır. Amma bu vaxta qədər məmur və deputatların bizneslə məşğul olması qadağan edildiyi halda yayılan xəbərlərlə bağlı heç bir rəsmi açıqlama olmayıb və ya araşdırılma aparılmayıb.

Ən yaxşı halda isə həmin şəxslərin özləri də deyil, yaxın ətrafı bu xəbərləri təkzib etməklə işlərini bitmiş hesab ediblər. Mövzu isə bir neçə gün mediada müzakirə edildikdən sonra unudulub.

Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Bu arada daha bir deputatın biznes imperiyası haqda siyahı yayılıb. Sosial şəbəkədə yayılan xəbərdə bildirilir ki, Masallıdan seçilmiş Milli Məclisin deputatı Nəriman Əliyev çoxsaylı biznes şəbəkəsinə sahibdir. Onun sahib olduğu biznesin yarımçıq siyahısı aşağıdakı kimidir:

1. "Ştutqart" mağazalar şəbəkəsi.
2. "Karkaz" avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi.
3. "Masallı" Konserv Zavodu.
4. İrandan ixrac olunan xurma monopolisti.
5. "Nur - M" şirkəti.
6. Masallı rayonunda "İstisu"da bir neçə istirahət mərkəzi.
7. Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli).
8. "Karqo" şirkəti və s.


Bütün bu şirkətlərin ay ərzində dövriyyəsi on milyonlarla ölçülür.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook