Kənd təsərrüfatı naziri Əli İnsanova özünü öldürməyi məsləhət gördü

04 may 2019
Kənd təsərrüfatı naziri Əli İnsanova özünü öldürməyi məsləhət gördü“Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov sabiq səhiyyə naziri Əli İnsanovla bağlı sualı cavablandırarkən deyib. “Bilirsiniz ki, Əli İnsanov vaxtilə Heydər Əliyevin ən yaxın tərəfdaşlarından olub, onun xidmətində olub.

Biz bilirik ki, Heydər Əliyev böyük insan olub, bütün səhvləri bağışlayıb, yalnız bir səhvi bağışlamayıb. Bağışlamadığı yeganə şey xəyanət olub. Əli İnsanov Heydər Əliyevə xəyanət edib. Heydər Əliyevin ruhuna xəyanət edib. Ona görə hesab edirəm ki, cənab Prezident çox böyük, müdrik bir addım atıb və Əli İnsanovu öz-özü ilə mübarizəyə buraxıb. İndi biz iki Əli İnsanov görürük. Heydər Əliyevçi Əli İnsanov və xəyanətkar Əli İnsanov. Düşünürəm ki, Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı. Amma o bu günə kimi onu etməyib. Hesab edirəm ki, Əli İnsanov artıq özünü ifşa etmiş insandır”.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook