Tramp İran armaturlarının Azərbaycana yolunu bağladı

09 may 2019
Tramp İran armaturlarının Azərbaycana yolunu bağladı
Ötən gün mayın 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları nəzərdə tutan fərman imzalayıb.

Virtualaz.org xəbər verir ki, bu fərmana əsasən İranın metallurgiya sənayesinə sanksiyalar tətbiq edilir. Sanksiyalar həm İranın metallurgiya şirkətlərinə, həm bu ölkədən metal idxal edən xarici şirkətlərə aiddir.

Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. Belə şirkətlərin aktivlərinin ABŞ Maliyyə Nazirliyi tərəfindən dondurulması, onların bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulur.

Prezident Donald Trampın Ağ evin saytında dərc edilmiş bəyanatında bildirilir ki, yeni iqtisadi sanksiyalar İranı ixrac gəlirlərinin 10 faizindən məhrum edir. Bəyanata əsasən sanksiyalar İranın polad, mis və aliminium istehsalçılarına qarşı tətbiq edilir. Və İrandan polad, mis və aliminium alınmasına qadağa qoyulur.

“Bu addım İranı neftlə bağlı olmayan ən iri ixrac gəlirlərindən məhrum etməlidir. Biz İrana qarşı heç vaxt görünməmiş ən güclü və maksimal təzyiq kampaniyasını uğurla davam etdiririk”-Tramp bəyan edib.

Xatırladaq ki, mayın 4-dən etibarən ABŞ İrandan neft ixracına tamamilə qadağa qoyub. Buna cavab olaraq Tehran bəyan edib ki, öz neftini “qara bazarda” satmaq üçün tədbirlər görəcək.

Metallurgiya isə İranın neftlə əlaqəli olmayan əsas ixrac gəlir mənbəyi hesab edilirdi. Ötən ildən etibarən ABŞ-ın İrandan neft idxalına məhdudiyyətlər tətbiq etməsi Tehranı məcbur etmişdi ki, metallurgiya şirkətlərinə dempinq tətbiq etsin və onlara ciddi ixrac güzəştləri versin. Nəticədə ucuz İran armaturları sürətlə Azərbaycan, Gürcüstan, Türkiyə kimi qonşu ölkələrin bazarlarını doldurmuşdu. Nəticədə yerli istehsalçılar ciddi ziyan çəkməyə başlamışdı.

Üstəlik həmin armaturların keyfiyyəti ilə bağlı ciddi şübhələr mövcud idi və virtualaz.org bu mövzuda araşdırmalar aparmışdı. Nəticədə FHN tikinti şirkətlərinə təlimat vermişdi ki, İran armaturlarının çoxmərtəbəli binaların inşasında istifadəsindən çəkinsinlər.

İndi isə İrandan armatur idxal edən Azərbaycan şirkətləri həm də ABŞ-ın sanksiyalarının təsiri altına düşmək riski ilə üzləşəcəklər.
Xəbəriniz olsun

22.05.2019 - Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... – FOTOLAR

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

Facebook