"Çox mürəkkəb prosesdir" - Rəsmi Moskva Qarabağla bağlı bəyanat yaydı

10 may 2019
"Çox mürəkkəb prosesdir" - Rəsmi Moskva Qarabağla bağlı bəyanat yaydı"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat İdarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirilib.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik.

ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-ci il mayın 12-də imzalanıb/Report.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook