Prokurorluqdan Sumqayıtdakı dəhşətli qəza haqda açıqlama: "Sürücü həbs edilib..."

11 may 2019
Prokurorluqdan Sumqayıtdakı dəhşətli qəza haqda açıqlama: "Sürücü həbs edilib..."Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinən verilən məlumtata görə, mayın10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi "Mersedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobilin toqquşaraq yolun sağ hissəsində olan dərəyə aşması nəticəsində"Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb:

"Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook