İnam Kərimovun Əli İnsanovla münasibətləri ortaya çıxdı: Əmisi...

13 may 2019
İnam Kərimovun Əli İnsanovla münasibətləri ortaya çıxdı: Əmisi... Kənd Təsərrüfatı Naziri İnam Kərimovun “Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı” sözlərindən sonra onunla bağlı maraqlı informasiya yayılıb.

Savash.org xəbər verir ki, hurriyyet.org-un yaydığı xəbərdə bildirilir ki, əslində, İnam Kərimovun belə bir mövqe sərgiləməsinə səbəb onun Əli İnsanovla keçmiş münasibətlərini gizlətmək məqsədi daşıyıb.

Sayt bildirir ki, İ. Kərimov İnsanova o qədər də yad adam deyil. İndiki nazirin əmisi Sərdar Kərimov Əli İnsanovun ən yaxın dostlarından olub. İnsanov səhiyyə naziri təyin olunanda mərhum Sərdar Kərimovu nazirliyə gətirir və bir müddətdən sonra ona özünün birincü müavini vəzifəsini həvalə edir.

1999-cu ildən ömrünün sonuna qədər nazirin I müavin işləyən Sərdar Kərimovun gənc yaşda vəfatından sonra belə, yaxın dostunun kabinetini heç kimə verməyən Əli İnsanovun Kərimovlar ailəsinin yüksəlməsində mühüm rol oynadığı bildirilir.

İnam Kərimovun xaricdə təhsil aldığı illər də mərhum əmisinin nazir müavini olduğu dövrlərə təsadüf edir. Bu iddia nazirin bioqrafiyasında da öz əksini tapıb: “1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb”.

Nəzərə alsaq ki, Sərdar Kərimovun ulduzu da məhz həmin illərdə parlamış; 1998-ci ilə qədər nazirliyin kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi işləmiş, 1999-cu ildən ömrünün sonuna -2003-ci ilə qədər isə Əli İnsanovun I müavini olmuşdur, İnam Kərimovun yüksəlişində indi bostanına daş atdığı şəxsin müstəsna rolu olduğu ortaya çıxır: “Görünür, gənc nazir özü barədə yarana biləcək qənaətləri alt-üst etmək üçün keçmişinə qarşı çıxmaq məcburiyyətində qalıb. Başqa sözlə desək, Əli İnsanovla bütün körpülərini yandırdığını nümayiş etdirmək istəyib. Bu həm də indiki hakimiyyətə sədaqət nümayişidir”.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook