Rəşad Sadıqovdan gündəm yaradacaq replika

14 may 2019
Rəşad Sadıqovdan gündəm yaradacaq replika"Space" radionun "İdmanda" verilişinə qonaq olan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov maraqlı açıqlamalar verib.

O, getdikcə ölkə çempionatının oyunlarına azarkeş marağının azalmasının səbəbi haqda sualı gülərək belə cavablayıb: "Bunun üçün biletlərin qiymətini qaldırmaq lazımdır".

Daha sonra müxtəlif detallara toxunaraq sualı cavablandıran "Qarabağ"ın kapitanı o replikanı ölkə çempionatının son turunda "Neftçi"ylə səfər qarşılamasında bilet qiymətinin bütün sektorlar üzrə 1 manatdan 50 manata kimi artırılmasına atıb.

Sadıqov verilişdə 8 komandalı ölkə çempionatı haqda suala da maraqlı cavab verib: "8 komandalı çempionatın olması heç yaxşı deyil. İnkişafa mane olur..."

VAR sisteminin Azərbaycanda da tətbiqinin lazım olduğunu bildirən Sadıqov yerli futbol hakimliyində gəncləşdirməni yaxşı qəbul etdiyini açıqlayıb.

Ən çox "Barselona"nı izlədiyini, Fergüssonun gedişinədək ən simpatiyası olan kubun "Mançester Yunayted" oluğunu, eləcə də "Beşiktaş" "Spartak Moskva"ya daha çox simpatiya bəslədiyini açıqlayan R.Sadıqov karyerasını bitirəndən sonra məşqçiliyi bərpa edib-etməyəcəyi haqda belə danışıb: "İndi qəti nəsə deməyim çətindir. Ümumiyyətlə, məşqçilik bir az ədalətsiz peşədir. Nəticələrdən asılı olaraq ən çox sən önə çəkilirsən. Buna görə də taleyin kimdənsə asılı olur. Futbolçu deyilsən ki, müqavilənə görə səndən çəkinsinlər, məşqçi bir oyun, iki oyun uduzdu, hər an haqqında qərar qəbul edilə bilər. Buna görə də bir az qəti fikir bildirməkdə çətinlik çəkirəm baş məşqçi olmaq barədə"

Futbolpress.az
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook