Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun

15 may 2019
Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun
Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri artıq 6 ildir ki, təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 700-800 manatla yola vermək olur. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.
Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun Rayonun imamı Nəriman Nəsirov deyir ki, 2014-cü ildən hal-hazıra kimi rayonun ərazisində 1200-dən çox yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 10 milyon manata yaxın vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.
Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.
Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar.
Xəbəriniz olsun

22.05.2019 - Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... – FOTOLAR

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

Facebook