Bayram Məmmədov Bakı Slavyan Universitetindən xaric edilib

15 may 2019
Bayram Məmmədov Bakı Slavyan Universitetindən xaric edilibGənc fəal Bayram Məmmədov həbsindən əvvəl təhsil aldığı Bakı Slavyan Universitetindən xaric edilib.

Gənc fəalın sözlərinə görə, bu barədə onun valideyinlərinə bu gün, mayın 14-də universitetdən zəng vuraraq xəbər veriblər.

Bayram Məmmədov 2016-cı ilin mayın 10-da digər gənc fəal Qiyas İbrahimovla narkotikdə ittiham edilərək həbs olunanub. O vaxt fəal Bakı Slavyan Universitetin tərcümə fakultəsinin 4-cü kursunda təhsil alırdı.

Bayram Məmmədovun sözlərinə görə, o, bu ilin martında azad olunandan sonra universitetə təhsilini davam etdirmək məqsədi ilə gedib:

"O vaxt mənə bildirdilər ki, 2016-cı ildə iki imtahanında iştirak etməmişəm və sentyabrda gəlib alt qrupda təhsilimi davam elətdirə bilərəm. Hətta demişdilər ki, dərsdə oturmadan birbaşa gəlib imtahan verə bilərəm. Lakin bu gün, mayın 14-də evə zəng vurub deyiblər ki, xaric edilmişəm”.

Bayram Məmmədov əlavə edib ki, 2016-cı ildə həbs olunandan sonra universitetə imtahanları cəzaçəkmə müəssisəsi şəraitində verməsilə bağlı müraciət də edib:

"Onda indi artıq keçmiş rektor Asəf Hacıyev cavab göndərdi ki, bu mümkün deyil. Lakin azad olunandan sonra istənilən vaxt gəlib təhsilimi davam elətdirə bilərəm”.

Unversitetdən nə deyirlər?

Bakı Slavyan Universitetinin mətbuat xidmətindən isə bildiriblər ki, Bayram Məmmədov həbs olunandan dərhal sonra ali məktəbdən xaric olunub və bu əvvəlki rektorun dövrünə aiddir:

"Bayram Məmmədov keçən həftə təhsilini davam elətdirmək üçün universitetə müraciət edib. Onun sənədlərinə baxandan sonra məlum olub ki, o, 2016-cı ildə xaric olunub. Biz bu barədə onun ailəsinə bildirmişik”.

Amerikanınsesi.org
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook