İranda hicab əleyhinə kütləvi etirazlar başladı: "ÖLƏRİK, AMMA..."

15 may 2019
İranda hicab əleyhinə kütləvi etirazlar başladı: "ÖLƏRİK, AMMA..."Son günlərdə İranda hicaba etiraz aksiyaları vüsət alıb. Yarı-rəsmi ISNA xəbər agentliyi universitet tələbələrinin kampusda icbari baş örtüyünə qarşı aksiya keçirdiyini bildirib.

Məlumatda deyilir ki, qız və oğlanlardan ibarət tələbə qrupu hökumətin geyim kodunu dəstəkləyən Tehran Universiteti tələbələri ilə toqquşub.

Sosial media istifadəçiləri bildirib ki, nümayiş İncəsənət Universitetində tələbələrin şüarlar səsləndirmələri ilə başlayıb. Onlar məcburi geyim kodu, işsizlik və jurnalistlərin həbsinə etiraz edib.

Videoların birində "tələbələr ölər, lakin şərəfsizliyi qəbul etməz" şüarının səsləndiyi göstərilir.

İranda qadınlardan ictimai yerlərdə başlarını ötrməsi tələb olunur. Bu qaydanı pozanları ya 2 aylıq həbs cəzası, ya da 25 dollara qədər cərimə gözləyir.

İSNA bildirib ki, insan haqları müdafiəsçisi, vəkil Nəsrin Sotude anti-hicab mövqeyinə görə may ayında 7 il azadlıqdan məhrum edilib.

İran rəsmiləri 2017-ci ildə onlarla qadının baş ortüyünü çıxarmasından sonra sərt tədbirlərə əl atıb.

İranda məcburi baş örtüyünü ictimaiyyət qarşısında itaətsizlik əlaməti olaraq çıxararaq, hijab əleyhinə etirazları ilhamlandıran gənc qadın bir il müddətinə həbsə məhkum edilib, lakin onun vəkilinin bildirdiyinə görə, ali dini rəhbər tərəfindən əfv olunub.

Vəkil Payam Derefşan aprelin 14-də bildirib ki, məhkəmə 2018-ci ilin noyabr ayında həbs edilmiş Vida Movahidi mart ayında ictimaiyyəti "əxlaqsızlığa" təşviq etməkdə günahkar tanıyıb.

“İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahid 2017-ci il dekabrın 27-də baş örtüyünü çıxarıb, onu havada yellədəndən sonra qısa müddətə həbs edilmişdi.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook