CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

15 may 2019
CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
"Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin keçirdiyi tenderdə şübhəli məqamlar var. Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Belə ki, adıçəkilən dövlət qurumu Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender elan edib, tender keçirilib və İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti tenderin qalibi olub.

Savash.org xəbər verir ki, Natiq Cəfərli tenderin qalibi elan edilən şirkətlə bağlı araşdırma aparıb. Məlum olub ki, firma 1992-ci ildə yaradılıb və kiçik müəssisədir. Cəmi bir beynəlxalq layihədə, Səudiyyədə iştirak edib. Ümumi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var və bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Qısa müddətli borcu isə 36 min 728 avrodur.Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir. Likvid aktivləri 31 min 614 avrodur.

“ADY isə belə bir tanınmayan və kiçik şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq, yəni 16 mln. 261 min 200 manatlıq məsləhət alacaq”.
N.Cəfərli tenderdə şübhəli məqamların olduğunu vurğulayaq deyi ki, belə bir kiçik və dayanıqsız şirkət az qala 10 mln. dollarlıq tendirin qalibi necə olub: “Tenderdə başqa hansı şirkətlər iştirak edib? Tenderdə ən aşağı və ən yuxarı təklif necə olub? Bu tip məsləhət müqavilələrinin dəyəri normalda maksimum yüzminlərlə ölçülür, hansı faktora görə bu məsləhət müqaviləsi belə baha olub? Ekspert bütün bu suallara rəsmi cavab olmasa bağlanmış müqavilənin korrupsiya sxemi olduğuna dair şübhələrin artacağını qeyd edib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanovdur və onun rəhbərlik etdiyi qurum ittihamlara rəsmi cavab verməyib.
Xəbəriniz olsun

22.05.2019 - Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... – FOTOLAR

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

Facebook