Xəstaxanalar TƏBİB-ə verilir, bəs Səhiyyə Nazirliyi hansı işlə məşğul olacaq?

16 may 2019
Xəstaxanalar TƏBİB-ə verilir, bəs Səhiyyə Nazirliyi hansı işlə məşğul olacaq?"2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək".

Bu sözləri xəstəxana və poliklinikaların Səhiyyə Nazirliyindən alınmasından sonra bu qurumun görəcəyi işlər barədə danışan millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta (İTS) pilot layihə kimi uğurlu nəticə verib:

"İTS vətəndaşlara istər profilaktika nöqteyi-nəzərdən, istərsə də müalicə nöqteyi-nəzərdən xidmət edən qurumdur. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamda da bütün bunlar öz əksini tapıb. Buna görə də 2020-ci ildən başlayaraq, Azərbaycan əhalisinə səhiyyə xidməti İcbari Tibbi Sığorta vasitəsiylə həyata keçiriləcək.

Səhiyyə Nazirliyi isə dövlətin səhiyyə siyasətini həyata keçirən orqan kimi fəaliyyətinə davam edəcək. Onun balansında olan bir sıra müəssisələr var ki, onlar TƏBİB-ə tabe edilməyəcək. Məsələn, Azərbaycan Tibb Universiteti və digər bu kimi digər müəssisələr. İcbari Tibbi Sığorta Agentliyi profilaktika və müalicə sahəsində icraçı qurumdur. Amma bu profilaktika qaydalarının, müalicə protokollarının həyata keçirilməsi və nəzarəti Səhiyyə Nazirliyinin funksiyalarına aiddir. Səhiyyə Nazirliyi gələcəkdə İcbari Tibbi Sığortanın keyfiyyətini müəyyənləşdirəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalayıb.

Axar.az
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook