ABŞ-ın Qarabağ planı: 18 ildən sonra…

16 may 2019
ABŞ-ın Qarabağ planı: 18 ildən sonra…Vaşinqton Azərbaycan və Ermənistan liderlərini öz ərazisində görüşdürmək istəyir.

Politoloq Elxan Şahinoğlu ABŞ-ın Qarabağ məsələsində vasitəçiliyi ələ alacağı ilə bağlı fikirlərə münasibət bildirib. Politoloq hesab edir ki, 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk bu növ görüş olacaq:

“Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşmüşdülər. Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi. Budəfəki görüşdən iki səbəbə görə real nəticə gözləmək çətindir. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil, o, sadəcə bəzi mövzuları müzakirə etməyə hazırdır: atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur. Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb isə Ermənistan hakimiyyətinin əvəlki kimi Moskvadan asılı olmasıdır. ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdir. Digər tərəfdən, Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz”.

Politoloq vurğulayıb ki, ABŞ bununla Cənubi Qafqazda söz sahibi olmasına eyham vurur:

“Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığına mane olmağa çalışacaq”.

Xatırladaq ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Polşada səfərdə olarkən bildirmişdi ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsi ilə bağlı ABŞ dövlət katibindən dəvət alıb.(Redaktor.az)
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook