Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18 may 2019
Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”AFFA-nın baş katibi Elxan Məmmədov "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçına gəlməsində problem olmadığını deyib.

O, 39 yaşlı funksioner bunun üçün UEFA-ya qaranti verdiklərini deyib:

"Hökumətimiz Mxitaryanın Bakıya gəlməsiylə bağlı UEFA-ya qaranti verib. Bu səbəbdən də təhlükəsizliklə bağlı problem yoxdur. Bu məsələnin mətbuatda, ictimaiyyətdə, xüsusilə də İngiltərədə belə müzakirə edilməsinə təəccüblənirik. "Arsenal" rəsmiləri Bakıya səfər ediblər, onlarla müzakirələrimiz olub. Ötən il "Arsenal"ın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyunda da Mxitaryanın təhlükəsizliyi üçün təminat verilmişdi. Ancaq baş məşqçi zədə və ya başqa səbəbdən onu Azərbaycana gətirmədi. Henrix Mxitaryanın Bakıya səfər etməsi üçün heç bir problem olmayacaq. Son 10 ildə erməni idmançılar Bakıya problemsiz gəliblər. İdman siyasətdən uzaqdır, tamamilə ayrıdır. Ona görə də Mxitaryan finalda oynamaq hüququna malikdir".

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.

sportal.az
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook