Lənkəran aeroportunun ruslara verilməsini təklif edən deputat danışdı

23 may 2019
Lənkəran aeroportunun ruslara verilməsini təklif edən deputat danışdı“Lənkəranın hava limanının Rusiyaya icarəyə verilməsi təklifini etmişəm. Görünür, fikirlərimi ətraflı oxumadan müzakirəyə çıxarıblar”.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev haqqında səslənən tənqidi fikirlərə münasibət bildirərkən deyib. Rüfət Quliyev fikirlərinin yanlış anlaşıldığını bildirib:

“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ikinci gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi gedirdi. Müzakirələr zamanı iclasda əyləşənlərə sual ünvanlayaraq dedim: “Azərbaycanda bu qədər möhtəşəm idman kompleksləri var. Bundan başqa rayonlarımızda dünya standartlarına cavab verən hava limanlarımız var. Bunlara büdcədən nə qədər pul ayrılır. Daha maraqlısı odur ki, büdcədən ayrılan pullar artır, azalır yoxsa yerində qalır?”.

Sözümün canı odur ki, cənab prezidentin tapşırığı ilə tikilən obyektlərin xərcləri, işçilərin əmək haqları məsələsi var. Elə edək ki, bu obyektlərə büdcədən ayrılmalar azalsın və özləri özlərini maliyyələşdirə, yəni dolandıra bilsinlər”.

Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif etdiyini öyləyib:

“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif oluna bilər. Həmin qurum hava limanını ya bütöv, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilər”.

Modern.az
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook