Müflis olan iş adamı icra başçısı və AZAL rəhbərindən prezidentə şikayət etdi

07 iyun 2019
Müflis olan iş adamı icra başçısı və AZAL rəhbərindən prezidentə şikayət etdiSahibkar Niyaz Niyazov İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun əlbir olaraq onu müflis etməkdə ittiham edir.
“Yeni Sabah” xəbər verir ki, Niyaz Niyazov qarşılaşdığı problemlə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Sahibkar şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyir:

"1992-ci ilin noyabr ayında "Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə isə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun yaxınlığında olan Göygöl rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha torpaq sahəsi aldım.

O zaman Göygöl rayonunun icra başçısı Pənah Məmmədov idi və torpağı götürməyimə o, sərəncam vermişdi. Tez bir zamanda həmin ərazidə ictimai-iaşə müəssisəsinin tikinti işlərini başlatdım. Tikinti işləri fasilə ilə getsə də, başa çatmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin "plana düşməsi” xəbərini aldım.

2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar”.

Niyaz Niyazovun sözlərinə görə, Vilyam Hacıyev icra başçısı olduqdan sonra, onunla düşmən olub:

"2004-2006-cı illərdə Göygöl rayonuna başçılıq edən Vilyam Hacıyev əlində heç bir əsası olmadan başdan-ayağa yalan, iftira ilə məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. O, bu məktubu ilə "Gül-Gün" sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu. Onun yazdığı məktublar hüquqi cəhətdən tam qanunsuzdur. Sənədlərimin hamısı tam qaydasındadır. İcra başçısı özünün verdiyi sərəncamın sonradan saxta olduğunu deyir”.

Sahibkar qeyd edib ki, Vilyam Hacıyevin bu məktubu əsasında "Azərbaycan Hava Yolları”nın rəhbərliyi ona dövlətdən kompensasiya almağına imkan verməyib:

"Mənə cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışsam da, buna imkan vermədilər. İmkan vermədilər ki, deyim, ay qardaş indi "saxta” adlandırılan, "qaydasında olmayan” həmin sənədləri elə o məktubu yazan icra başçısı verib mənə. Əgər o saxtadırsa, bu, mənim günahım deyil, axı. Səsimi eşidən olmadı və bununla da Cahangir Əsgərov və Vilyam Hacıyev mənim hüquqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurdular. Yalan məktublar əsasında müflis etdilər. Ailəmin maddi durumu hazırda ən kritik həddə çatıb”.

Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciətlər edir, lakin nəticə əldə edə bilmir:

"Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var. Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur. Çünki kompensasiya almaq üçün rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini dəyər-dəyməzə satmağa məcbur qaldım. Hazırda da fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər”.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook