Gürcüstanda daşqın: 500 evlik kəndlə əlaqə kəsildi

08 iyun 2019
Gürcüstanda daşqın: 500 evlik kəndlə əlaqə kəsildiAramsız yağışlar Gürcüstanın Xaraquli rayonunda ciddi fəsadlar törədib. Daşqın nəticəsində 500 ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən təcrid olunub.

Məcrasından çıxan çaylar rayonda yollar, körpülər, yaşayış evləri və yardımçı tikililərin dağılmasına səbəb olub. Əkin sahələri və ev təsərrüfatlarına da ciddi ziyan dəyib.

Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Hadisə yerinə xüsusi texnika cəlb olunub.

Yaradılmış xüsusi qərargah rayona dəyən ziyanın həcmini hesablayır. Təbii fəlakət Xaraquli rayonunun Didvake kəndində də fəsadlar törədib. (Report)

Gürcüstanda daşqın: 500 evlik kəndlə əlaqə kəsildi
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook