3 uşağın öldüyü partlayışa görə vəzifəli şəxslərə cinayət işi açıldı

10 iyun 2019
3 uşağın öldüyü partlayışa görə vəzifəli şəxslərə cinayət işi açıldıMasallıda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə “Azəriqaz”ın vəzifəli şəxsləri cinayət işinə cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayışla bağlı xidmət rəisi İdrak Əsədli, xidmət mühəndisi Əlpənah Əhədov və nəzarətçi çilingər Məhəmməd Nuriyev təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Lakin onların heç biri istintaq dövründə həbs edilməyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, həmin hadisə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb və martın 7-də baxılması üçün aidiyyatı üzrə Masallı rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında rayonun Sığıncaq kəndində baş verən qaz sızması nəticəsində 13 yaşlı Əli Müseyibov, 8 yaşlı qardaşı Məhəmməd Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov dünyasını dəyişib.

Qeyd edək ki, hadisədən öncə dəfələrlə “Azəriqaz”a qaz sızması olması barədə şikayət edilsə də, hər hansı tədbir görülməmişdi.
Xəbəriniz olsun

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

24.06.2019 - Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər

Facebook