Bu sözlər Azərbaycan dilindən çıxarılacaq

10 iyun 2019
Bu sözlər Azərbaycan dilindən çıxarılacaq"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" və "türkmənşəli" sözlərinin çıxarılmasını düşünürük".

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, "əməkhaqqı" sözü əvvəlki lüğətlərdə olmayıb: "Misal üçün 1960-cı ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən "əməkhaqqı" bitişik söz kimi deyil, mürəkkəb sözdür. Həmin söz 1975-ci ildə nəşr olunan lüğətdə də verilməyib. Bu söz 2004-cü ildə lüğətə daxil olub və daha sonra 2013-cü ildə də lüğətə daxil edilib. Bu da sonradan etirazlara səbəb olub".

Akademikin sözlərinə görə, etiraz edənlər "təhsilhaqqı" və "gedişhaqqı" sözlərinin də yazılış qaydasının necə olduğunu soruşurlar:

"Hesab edirəm ki, bu təklif uğurludur. Dilimizdə bu sözlər "təhsil haqqı" və "gediş haqqı" kimi yazılır. Ona görə də biz yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünü çıxarmağı düşünürük. Çünki bu, mürəkkəb sözdür. Onu cəmləndirəndə "əmək haqqları" olur, "əməkhaqqıları" olmur. Danışan zaman "onların əməkhaqqıları" deyilmir. Amma "ayaqqabı" sözü mürəkkəb söz olsa da, cəm şəkilçi qəbul etdikdə "ayaqqabıları" kimi yazılır. "Əmək haqqı" ikinci növ təyini söz birləşməsidir və bitişik yazılmamalıdır. Bitişik yazılmayan söz də lüğətdən çıxarılmalıdır".

M.Nağısoylu bildirib ki, lüğətdən çıxarılması müzakirə olunan sözlərdən biri də "türkmənşəli" sözüdür: "Bu söz də əvvəlki lüğətdə olmayıb. Çünki haqlı olaraq edənlər "fransızmənşəli", "ingilismənşəli" sözlərin də lüğətimizə daxil olmasını düşünürlər. Ümumilikdə, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 1000-ə yaxın bu tipli sözün çıxarılması nəzərdə tutulur".

Qeyd edək ki, Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook